İspaniyada 7 min ildən artıq yaşı olan qayaüstü rəsmlər tapılmışdır

Print Friendly, PDF & Email

İspaniyada 7 min ildən artıq yaşı olan qayaüstü rəsmlər tapılmışdır

İspan arxeoloqları dəyərli tapıntı aşkarlamışlar: onlar təxminən 7 min il bundan əvvəl yaşamış tarixdən qabaqkı rəssamlar tərəfindən çəkilmiş 12 iri qayaüstü rəsm aşkar etmişlər.

Məlum olduğuna görə, rəsmlərdə ova hazırlıq səhnələri və ovun özü təsvir edilmişdir. Həmin rəsmlərdə həmçinin oxatanları, öküzləri və qoyunları da görmək mümkündür.

Alimlər və yerli hökumət nümayəndələri təsvirlərin qorunması və konservasiyası (mühafizə edilməsi) üzrə bütün tədbirlərin görüldüyündən əmin olmayanadək həmin rəsmlərin yerini gizli saxlamağı qərara almışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.