İrəvan pedaqoji mühiti: İrəvan kişi gimnaziyası, İrəvan müəllimlər seminariyası, İrəvan qız gimnaziyası

Əsası 1747-ci ildə Mir Mehdi xan tərəfindən qoyulan İrəvan xanlığı Ağrıdağ ovasını, Göyçə gölünün sahillərini, Araz çayını əhatə edirdi. Xanlıq Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı İmperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları və Qarabağ xanlığı ilə həmsərhəd olub. Xanlığın mərkəzi İrəvan şəhəri olub. Mənbələrə görə, İrəvan şəhərinin əsasını səfəvi sərkərdəsi Rəvanqulu xan qoymuşdur.İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz […]