Category: Önəmli kitablar
“Var Olandan, Var Olmuşuq” Kitabı haqqında ümimi mə’lumat

Rzayev Vahid Zeynal oğlu 1947-ci ildə Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Naxçıvan şəhər 1№-li orta məktəbi 1966-cı ildə bitirib. 1972-ci ildən 1992-ci ilə qədər SSRİ Dövlət Standartlar Komitəsinin Naxçıvan Respublika şö`bəsində mühəndis Standartlaşdırıcı vəzifəsində çalışmışdır. Rzayev Vahid Zeynal oğlu “Səmərəli və uzun müddətli iş fəaliyyətinə görə” SSRİ Dövlət Standartlar Komitəsi tərə ndən 9 noyabr 1987-ci ildə Fəxri Fərmanla təltif […]
Yer qabığının ümumi kimyası

Dərslikdə yer qabığında kimyəvi elementlərin və onların təbii birləşmələrinin ( mineral və karbohidrogenlər ) paylanması və yerləşmə qanunauyğunluqları səciyyələndirlir. Dərslik 17 fəsildən ibarətdir. I və II fəsillərdə Yer qabığının kimyasının məqsəd və vəzifələri göstərilir. III fəsildə Yerin quruluşu və geosferlərin yaranması hipotezləri aydınlaşdırılır. Atmosferin, litosferin, hidrosferin və biosferin kimyası IV fəsildə verilir. Karbohidrogenlərə aid olan V fəsildə planktonlar, dəniz faunası, […]
Hüseyn Cavid Əsərləri

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki, yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib beşcildliyi çapa hazırlayarkən və […]
Ramiz Dəniz – Brazilyanın müəmmalı kəşfi

“Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir. Rəsmi olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedru Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf edilibdir. Uzun illər apardığım araşdırmalardan aydın oldu ki, həmin əraziyə Pedru Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə […]
Səkinə Əliyeva – “Azadlıq carçısı”, İşığın dostu, zülmətin düşməni olmuşdur

“Azadlıq carçısı” kitabında Naxçıvan MR Respublikası Ali Soveti Rəyasət heyətinin sabiq sədri, Sovet ittifaqının tərkibindən çıxmaq haqqında ilk dəfə mərdanə qərar qəbul edən Səkinə xanım Əliyevanın ömür yolundan (1925-2010) bəzi məqamlar açıqlanmışdır. Kitabda eyni zamanda Səkinə xanım haqqında dostlarının xatirələrinə və ürək sözlərinə də yer verilmişdir. İŞIĞIN DOSTU, ZÜLMƏTIN DÜŞMƏNI Onunla Mərdəkanda sanatoriyada tanış oldum. Bu tanışlığa səbəbkar görkəmli folklorşünas, […]
Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Monoqrafiyada Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkrli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilmişdir. Müəllif arxiv sənədləri, dövrü mətbuat materialları, habelə bir çox tədqiqatçıların əsərlərindən istifadə etməklə ermənilərin Naxçıvana qarşı ərazi iddialarının […]
Abbas Zamanov

“Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında öz fədakar əməyi ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri unudulmazdır. Azərbaycan ədəbiyyatının bir çox ölkələrdə tanınması və təbliğ olunması Abbas Zamanovun adı ilə bağlıdır. Şübhə yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən milli mədəniyyətimiz gələcəkdə də bəhrələnəcəkdir”. Bu millətə saysız – hesabsız say – seçmə oğullar verən Uca Tanrım XIX əsrin sonu – XX əsrin əvvəllərində daha üç OĞUL – üç KİŞİ bəxş etdi. Biri Əziz Şərif (1895), biri Məmməd Cəfər Cəfərov (1909), biri Abbas Zamanov (1911). kitabı yüklə Abbas Zamanov haqqında video material
Ataxan Paşayev

Kitabda ilk mənbələr və real faktlar əsasında iki əsr ərzində Güney Qafqazı istila etmiş Rusiyanın və digər Avropa dövlətlərinin, Sovet hakimiyyəti illərində isə kommunist rəhbərlərin köməyilə şovinist erməni millətçilərinin bütün vasitələrdən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün xalqımıza qarşı törətdikləri vəhşiliklər və xalqımızın başına gətirdikləri müsibətlər ətraflı araşdırılır. Kitabı yüklə
Olma Günahkar Nərgiz Çalxanqaya

Nərgiz Çalxanqaya (Orucova Nərgiz Musa qızı) 1956-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirərək politexnik ixtisas qazanmış və əmək fəaliyyətinə başlamışdır. Nərgiz Çalxanqaya uzun müddət Naxçıvan Dəmiryol Nəqliyyat hissəsində kitabxana müdirəsi kimi çalışmışdır. Həm dahilərin kitabları arasında ömür sürüb dünya ədəbiyyatı ilə dərindən tanış olmaq, həm də çox yerlərə, o cümlədən dini ziyarətgahlara səfərlər onun […]