Tarixlə səsləşən ömür yolu

Azərbaycanın və Özbəkistanın görkəmli döviət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda ilk Fövqəladə və Səlahiyyətli səfiri və Məkəzi Asiya Respublikalarında akkreditə olunmuş səfir Aydın Əlibəy oğlu Əzimbəyova həsr olunmuş bu kitab təkcə keşməkeşli, müsibətli sürgün həyatı yaşamasına baxmayaraq, həyatda özünü təsdiq etməyi, öz qürbət və doğma Vətəni üçün layiqli oğul olmağı bacarmış bir insanın taleyi haqqında deyil. Bu, həm də bu gün də təkrarlanan bir çox problemlərin çox uzağa – […]