Hüseyn Cavid Əsərləri

Print Friendly, PDF & Email

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar.

Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə  Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki,  yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib   beşcildliyi çapa hazırlayarkən  və onun  qarşısında övlad olaraq son borcumu yerinə yetirərkən səbəbini bilmədiyim bir duyğu məni bu kitaba ön söz yazmağa sövq edir.

Ərtoğrulun ifadə etdiyi kimi, kor yarasalar 1937-ci ildən sonra Cavidin ailəsinə də, onun əsərlərinə də həqarət ediblər. Bu isə 1956-cı iləcən davam edib. Sonralar da ara-sıra bu həqarətlərin şahidi olmuşam. Cavidin əsl bəraəti 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mərkəzi Komitənin 21 iyul 1981-ci il tarixli qərarından sonra baş verdi. Bir küll halında isə mətnlərinin, əsərlərinin bəraəti indi , yəni bu beş cildliyin vasitəsi ilə gerçəkləşir.

Xatırlamaq istəyirəm ki, beşcildlik Cavid əsərlərinin ən mükəmməl nəşridir və oxucuların,  tədqiqatçıların, rejissorların , naşirlərin, bir sözlə Cavidə uz tutacaq hər bir kəsin indən belə yalnız bu nəşrə istinad etməsini istərdim…

Hüseyn Cavid 1 ci cild

Hüseyn Cavid 2 ci cild

Hüseyn Cavid 3 cü cild

Hüseyn Cavid 4 cü cild

Hüseyn Cavid 5 ci cild

Hüseyn Cavid dram əsərləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.