Elmimizin əlaqələndiricisi və təşkilatçısı: Akademik İsmayıl Muxtar oğlu Hacıyev

İsmayıl Hacıyev 1951-ci il yanvarın 21 -də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmişdir. 1968-1970-ci illərdə Sumqayıt şəhərində fəhlə işləmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutun (indiki ADPU) tələbəsi olmuşdur. 1974-cü ildə həmin institutun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1974- 1977-ci illərdə Culfa rayonunun Xoşkeşin kənd məktəbində müəllim […]