Günəşlə, ətrafı

Print Friendly, PDF & Email

Nə yaxşı ki, Günəş ətrafında olan planetlər o, Günəşi cəzb etmir özünə!
Nə yaxşı ki, Günəş də ətrafında olan planetləri cəzb etmir özünə!
Cəzb edib, cəzb olunsaydı günəş, onda Günəşin özünü də cəzb edərdi Qiqantlar (həcm və kütləcə günəşdən çox böyük olan planetlər) onda biz və ətrafında olan planetlər gedərdik Günəşlə. Onda yer planetində nələr olardı?
Dağlar parçalanar, sular qaynayar daşar, insan torpağa, torpaq canlı ilə insana qarışar, o dünyaya ilk ölən, bu dünya ilə son ölənə qarışardı onda. Yer kürəsi nüvəsi karıxıb, özünə yer tapmağa çalışar, bu planet parçalanıb, tikələnər onda.
Günəş ətrafında olan planetlər, Günəşlə bir planetlər, elə Günəşin özü də o, gücdən o, təzyiqdən tikələnər, Kainata səpələnərdi. 

Orbitsiz bir orbit olub, xaosla (qarışıqlıq) xaotik (öz başına) olardı onda. Bürclər karıxıb yerindən çıxar, Qoç – Buğaya, Buğa – Su tökənə, Su tökən – Əkizlərə və i., qarışardı onda. Hər planetin sü`rət həddi, dəfələrlə artardı onda. Kainatda olan bütün küllü kütlələr (planetlər) parçalanıb, tikələnib, sürtünmədən kül olub, Kainatın sonu olardı onda! Hərəkətləri nizamlayan, ardıcıllaşdıranın Özü də karıx, aciz olardı onda! Kainatın İşıq əvvəli, Qaranlıqla son olardı onda!
Nə dünya bizi cəzb edir, nə biz dünyanı cəzb edirik. Yer üzünə rəvan hərəkətlə gəlib, yer üzündən rəvan hərəkətlə qayıdırıq. Yer üzünə biri-birimizi öyrənməyə, tanımağa gəlirik.
Kainat (oval, ellipsoid) daxilində olan bütün planetlər, birgə hərəkət sü`rətinə tabe olduqlarından biri-birinə güc, zor, zorakılıq edə bilmirlər və birgə hərəkət sü`rəti ahəngini pozmaq gücünə, sahib deyillər. Biz də, o hərəkət sü`rəti əhatəsində olduğumuzdan, o hərəkət sü`rətini hiss edə bilmirik.
Planetlər də elədir, biri-birini öyrənir, biri-birini tanıyır. Orbital hərəkətinə görə, orbital hərəkətlər pozulmur, nə biri-birinə yaxınlaşır, nə biri-birindən uzaqlaşır. Birgə hərəkətdə olduqlarına sevinir. Çünki insanlar da birgə, bir yerdə olduqlarına sevinir.

 

Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.