Ömür yolumda yanaşı.,

Gedək elə bir yerə ki, o yerdə vücudi rahatlıqda olaq. Orada sükutda yox, sakitlikdə  olaq. Dalğaların bir- birinə sevincdə ləpələnməsinə çataq. Gedək elə bir yerə ki, Günəş işığının başlanğıc anını görək. Günorta günəşi  zirvədə bizlə, birlikdə bilək. Günəşin qürubunu, onun bir də məhəbbətlə işıq saçacağını gözləyə bilək. Sübh günəşini gözləyə-gözləyə Ağ Kəhkəşana yoldaşlıq edək. Gedək elə bir yerə ki, külək […]

Kəmalə (Kəmalə Ağa qızı Ağayeva, 1937)

   Ağayeva  Kəmalə Ağa qızı   şair, dramaturq, 1958- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü.     1937-cı il iyulun 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil almışdır […]

2002-ci ilil avqust ayı Azərbaycanın yeni tarixşünaslığının başlanğıcı oldu.

“Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib, əsərlər, illüstrativ materiallar, kinolentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır.” Heydər Əliyev. *** “İnsan həmişə öz tarixi, öz keçmişi ilə, öz tarixi kökləri ilə, müasir nailiyyətləri ilə fəxr edir. Bunu bizim xalqımız bilsin…” Heydər Əliyev.              […]

Uşaqlara –Muxtar Qasımzadədən

Bu günlərdə  www.aqra.az  övraqının  yaradılmasının  bir ili tamam olur.  Bu münasibətlə gələcək nəsli də yaddan çıxarmayaraq  Muxtar  Əziz oğlu Qasımzadənin  yaradıcılığından “Nuhçıxandan gəlirəm” adlı kitabından  (səh 152-163, Əcəmi NPB, 2013, Naxçıvan) uşaqlara aid bölümünün balalarımızın və gənclərimizin  diqqətinə çatdırmaq qərarına gəldik.                                        […]

Qədim qaya yazılarımızın toplusunu əks etdirən gərəkli monoqrafiya

Zaman-zaman özünün dövlətçilik qurumlarını yaradan qədim Azərbaycan öz mədəniyyəti, dili və adətlərini dünyaya bəyan edərək, bu mədəniyyətin izlərini öz varislərinə də bir miras olaraq qoyub getmişlər. Belə bir ulu mədəniyyətlə zəngin olan qədim Naxçıvan on minillər öncə yaşadığı mədəniyyəti tam olaraq öz üzərindən silib atmamış, Nuh tufanı ilə bağlı Gəmiqaya kimi bir daş kitabəni günümüzə qədər daşımışdır. Qeyd edək ki, […]

Dil Dövlətin əsas rəmzlərindən biridir və birincisidir!

Aqillər  dilin doğmalığı  barədə elə gözəl fikirlər, hikmətlər söyləyiblər ki, o kəlamların hər biri insanın qəlbini diqqətə gətirir, onu öz elinə, öz dilinə daha sıx tellərlə bağlayır. Deyirlər: “Bir xalqı məhv etmək istəsən, onun dilini əlindən al!”           Ulu Öndərimiz Heydər Əliyevin tez-tez söylədiyi bir ifadə var idi:”Hər bir xalqın Milli mənsubiyyəti onun Milli qürur mənbəyidir!”           Məhz Milli mənsubiyyəti… […]

Ramiz Dənizin “Aqibət” romanı haqqında

Qələmin çəkdiyi yol… (“Aqibət” romanına  ön söz )  Sözə onunla başlamaq istəyirəm ki, Ramiz Dəniz adında yazmaqdan yorulmayan, qələmi kökdən düşməyə qoymayan fədakar bir yazıçı dostumuz var. Ramiz hər yerdə, həmişə özünün saflıq, dürüstlük deyə indi az-az rastlanan bir xüsusiyyəti, yəni, qeyri-adi təbiəti və çoxlarına bənzəməyən  istedadı ilə fərqlənir. Orta təhsilli olmasına baxmayaraq çox mütaliəli bir qələm adamıdır. Bir neçə maraqlı, […]

Poetik incilər

Sənət aləmində “Yaşıl sevgilər”, “Tənhalıq əlində”, “Məhəbbət müqəddəsdir”, “Daşlar çiçəkləyəndə”, “Bənövşə ömrü” kimi şeir, hekayə və povestlər kitabları ilə tanınan şair Vahid Aslanın hələlik sonuncu kitabı “Əkiz ruhlar” adlanır. Kitabda şairin “Əkiz ruhlar” poeması və torpaq ətirli, vətən ətirli, sevgi ətirli, ana ətirli şeirləri toplanmışdır. Bu şeirlərdə uşaqlıqdan gəzib-dolaşdığı dağlara, düzlərə, meşə və kəndlərə dərin bir sevgi, həzin bir həsrət […]

Nuhçıxandan-Naxçıvana tarix və müasirlik

Nuhdaban – Nuhçıxan İndiyədək Naxçıvan sözünün mənşəyi və etimologiyası barədə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif fikirlər meydana çıxmışdır. Mənbələrdə Naxçıvan sözünün əsasən Naxsuana, Aksuana, Nəşavə, Akçıobon, Nəqçuan, Naxçirvan, Naxcivan, Nəqşi-cahan şəklində işlədildiyi barədə məlumatlar mövcuddur. Bu onomastik vahidlərin hərəsi müxtəlif tarixi mərhələlərdə yaranmış və həmin dövrün ictimai-siyasi şəraitinin nəticəsində formalaşmışdır. Belə ki, Naksuana coğrafi adı yunanlara, Aksuana saklara, Nəşəva ərəblərə, Nəxçir […]

Torpaqşünas-coğrafiyaşünas alim Sahib Hacıyev haqqında

Kənd təsərrüfatı elmləri namizədi, dosent Sahib Əsgər oğlu Hacıyev 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonun Saltaq kəndində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetinin coğrafiya ixtisasını bitirmiş, 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edərək «Torpaqşünaslıq» ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almış, 1996-cı ildə isə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı […]

1 28 29 30 31 32 35