Şeyx Kərim Axundzadə (Qazıyev)

«O, dini elmlərin, hətta tarix, təbabət və Sərq ədəbiyyatının yaxşı bilicisi idi»     XIX yüzilliyin sonlarından XX yüzilliyin 37-ci illərinədək Naxçıvanın çox hörmətli və bilikli şəxsiyyətlərindən biri Şeyx Kərim Molla Tağı oğlu Axundzadə 1868-ci ildə Naxçıvan şəhərinin qədim Zaviyyə məhəlləsində anadan olmuşdur.Atası Naxçıvanda yüksək nüfuza malik idi.Onun ilahi elmlərlə  yanaşı dünyəvi elmlərdən də biliyi vardı.Öz övladları Əlini və Kərimi […]

Atam Vaqif Məmmədov

Gözümü dünyaya açıb özümü dərk edəndən atamın yaradıcılığının canlı şahidi olmaqla yanaşı, onun ilk oxu­cu­larından idim. Hələ uşaqlıq illərimdən atamın   çap edi­lən  şeirlərinin çap olunmasına, ilk şeirlər kitabının (“Ya­şa­dacaq bu yol məni”. Bakı, “Yazıçı” 1987) çapdan çıx­ma­sına necə sevinməsini bu gün də unutmamışam. Ata­mın 40-a yaxın şeirlər və digər möv­zu­larda kitabları çap olunsa da, iki seir kitabını özündən xə­bər­siz qardaşım […]

Görkəmli alimimiz Qalibə xanım Hacıyeva barədə

HACIYEVA QALİBƏ ƏLİ qızı 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsini bitirmiş, 2000-ci ildə Bakı Dövlət Universitetində Türk dünyasının ayrılmaz parçası – Güney Azərbaycanın bölgələrindən biri “Şərqi Azərbaycan ostanının toponimləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini, 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.  Kiçik yaşlarından ədəbi yaradıcılıqla məşğul […]

Görkəmli ziyalı (Eynəli bəy Sultanovun 150 illik yubileyi münasibətilə)

XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ədəbi, mədəni fikrinin tanınmış simalarından biri olan, görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanov (1866-1935) geniş və hərtərəfli fəaliyyəti ilə xalqı maarif və mədəniyyətə, tərəqqiyə, elmə, sənətə səsləmiş, fədakar həyat və fəaliyyəti ilə yaddaşlarda  qalaraq, qəlblərdə yaşamışdır.      Böyük yazıçı-publisist və pedaqoq, görkəmli ziyalı  “Eynəli bəy Sultanovun 150 illik […]

Yallı adlarında qədim dilimiz və tariximiz

 Bütöv Azərbaycanımızın bir parçası olan qədim Naxçıvan torpağı, bəşər tarixi və mədəniyyətinə öz arxeoloji abidələri, qayaüstü rəsmləri, yazı nümunələri ilə qiymətli elmi yeniliklər verməklə yanaşı, musiqi mədəniyyətimizin özünəməxsus inciləri ilə də dunyanı heyrətləndirməkdədir.        Azərbaycan müsiqi və xoreoqrafiya  sənətinin əvəzsiz incilərindən olub tarixi ilk tünc dövründən də  qabağa  gedən yallıların Naxçıvanda ümum Azərbaycan yallılarından  fərqli  ifadə  forma və imkanları əski […]

Nasreddin Hoca letifelerinde zaman ve mekan karakteri

Ekrem Rufatoğlu Hüseynzade* ÖZET: Doğu’da Nasreddin Hoca adının yaygınlık frekansının bir çok nedeni vardır. Nasreddinin Hoca bir imge olarak özellikleriyle geniş incelenmiş ve çeşitli araştırmalar neticesinde ilginç bir sistem oluşturulmuştur. Nasreddin Hoca letifelerinde ilginç sorunlardan biri de zamanın ve mekanın karakterizasyonunun kendine özel bir biçimde gösterimidir. Yani bu metinlerde zaman da, mekân da özelleştirilmiştir.  İnsanların gülüş ihtiyacını karşılamak için yaşadığı […]

Unutmaq olmur !

O, kollektivin sevimlisi idi. Çox həssas, mehriban, xoşəxlaq, nüfuzlu bir insandı. Ancaq fələyin üzü qara olsun. O, bir neçə il idi ki, amansız xəstəliklə mübarizə aparırdı. Bir dəfə hətta qalib də gəlmişdi. Amma zalım əcəl ondan əl çəkmək istəmirdi. Beş ilə yaxın mübarizədən sonra xəstəlik onu yenidən yaxaladı. Onun gücü tükənirdi. Çox mübariz və dözümlü olan bu insan artıq yatağa […]

İsrafil Məmmədov “Ömür təqvimindən tökülən yarpaqlar”

 Ön söz Bu kitab 28 oktyabr 1995-ci ildə Bakıda metro qəzasında faciəli şəkildə həlak olmuş bir azərbaycanlının həyatının bəzi məqamlarını əks etdirir. Özündə düzgünlüyü, əzmkarlığı, dostluğu təcəssüm etdirən; həyatda yaşamağın mənasını zəhmətdə, elmi yaradıcılıqda, gənc nəslin təlim-tərbiyəsində görən; mənalı, keşməkeşli həyat yolu keçən vətəninin, ailəsinin adını və şərəfini daima uca tutan bir insanın – texnika elmləri doktoru, professor İsrafil Allahverdi […]

Vaqif Məmmədov

Məmmədov Vaqif Cəfər oğlu 1948-ci il iyunun 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub.  Doğulduğu kənddə orta məktəb bitirib.  Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix ixtisasını (1975) bitirəndən sonra uzun müddət Sədərək kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 20 yaşından kənd  məktəbində müəllimliyə başlayan Vaqif  Məmmədov həmin məktəbdə ibtidai siniflər  üzrə (1975-1978),  tədris işləri […]

Klassik poeziyamızda Nuh və Nuh tufanı

XÜLASƏ Məqalədə  uzun müddət  böyük müzakirə mövzusu olmuş Nuh və Nuh tufanı əfsanəsinin Azərbaycan klassik poeziyasında əks olunması konkret  faktlarla gösərilir. Nizami, Füzuli, Nəsimi, Şah İsmayıl Xətai, S.Ə.Şirvani və A.Bakıxanov kimi dühaların yaradıcılığına   istinadən aparılan təhlillər diqqəti cəlb edir.    Açar sözlər:   Naxçıvan,  Nuh peyğəmbər,  poeziya,  Nuh tufanı,  Nuhun gəmisi     Tarixi mənbələrdən məlum olduğu kimi, qədim Naxçıvanın  yaşının  […]

1 3 4 5 6