Azərbaycanın Naxçıvan bölgəsinin tarixi coğrafiyasına dair mənbə kimi

Orta əsrlərdə Naxçıvanın tarixi coğrafiyası ilə bağlı maraqlı məlumatlar verən mənbələrdən biri də alman hərbçi-səyyahı İohan Şiltberqerin 1394-ci ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən “Reisebuch”u və yaxud “Səyahət kitabı”dır. Avropa, Asiya və Afrikanın bir çox ölkələrində – Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Anadolu, Misir, Fələstin, İordaniya, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyada olan […]