Fəxriyyə Rzayeva “Mən bilməmişəm…”

Nə xoşdur yar uğrunda sürünmək Bir qəlbdə iki olub qoşa döyünmək Ey can, saf eşqə sevinclə bürünmək Canı can edərmiş, mən bilməmişəm… Oğuldur eşqin dəyərin vaxtında qanan Sevdiyinin başına yalansız dolanan Ey can, yar gözlərində həyat tapan bir cavan Eşq üçün candan da keçərmiş, mən bilməmişəm… Əzabla sürünərsən yarsız günə göz bağlarkən Olmaz bir çarən, eşq yarasını dağlarkən […]