Ana vətən !

Print Friendly, PDF & Email

Ana vətən !

 

Olmasa da  malım – mülküm,

Bir ümmandır  sənə sevgim ,

Ana vətən ,sən varım,həm dövlətim

Heç bitməz ki , məhəbbətim,

Nə qədər ki, var nəfəsim

Sən sərvətim,sən dövlətim,

İçdiyim su, duz cörəyim,

Dövlətimdir hər nemətin,

Azadlığım zənginliyim,

Ana vətən, sənin azad qucağında yaşamaqdır

ən qiymətli var dövlətim.

Qüdrətindən ilham alır sənə vurğun olan könlüm

Yoxdur ki, dünyada başqa bənzərin,

Sən odlar yurdusan Azərbaycanım,

Parlaq  günəşisən sən Qafqazların,

Ucalsın beləcə şanın ,şöhrətin

Adın bəzəyidir hər evladının,

Göz qırpmır keşiyində mərd oğulların.

Yoluna qurbandır hər can vətənim!

Ana yurdum, baslımasın heç bir zaman torpaqların

Yenilməsin ən yüksəkdə dalğalanan ,

O üç rəngli al bayrağın!

 

               Sədaqət Musayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.