Fikrət Rzayevin “Söz. Söz konstruktorluğu. Sözün sirri” kitabından

Print Friendly, PDF & Email

ANA DİLİM

F. RZAYEV
 
Dillər içində dilim – dilim,
Dillərə açar – dilim;
Təfəkkürə qardaşdır,
Dilçiliyə dil – dilim.
 
Dillər adında – dilim,
Dillərə pirdir dilim;
Düşüncəyə kardaşdır1,
Dilçiliyə Nil – dilim.
 
Dillər altında – dilim,
Dillərə tirdir dilim;
Deməkliyə bardaşdır2,
Dilçiliyə mil – dilim3.
 
Dillər döşündə – dilim4,
Dillərə şirdir dilim;
Düşmənliyə qırdaşdır5,
Dilçiliyə fil – dilim.
 
Dillər izində6 – dilim,
Dillərə girdir7 dilim;
Danışığa sirdaşdır,
Dilçiliyə bil8 – dilim.
 
Dillər yanında – dilim,
Dillərə sirdir dilim;
Dişçiliyə kortaşdır9,
Dilçiliyə bel – dilim.
 
Dillər sözündə – dilim,
Dillərə şe`rdir dilim;
Dövrələrə sürdaşdır10,
Dilçiliyə sel – dilim.
 
Dillər boynunda – dilim,
Dillərə zərdir11 dilim;
Davranışa sülhdaşdır,
Dilçiliyə hel12 – dilim.
 
Dillər sayında – dilim,
Dillərə dürdür dilim;
Dahilərə gördaşdır13,
Dilçiliyə lə`l – dilim.
 
Dillər yolunda – dilim,
Dillərə tərdir14 dilim;
Dözümlüyə dərddaşdır15,
Dilçiliyə vəl16 – dilim. 
 
Dillər cızında17 – dilim,
Dillərə vərdir18 dilim;
Dağılışa sərtdaşdır,
Dilçiliyə kəl19 – dilim.
 
Dillər damında – dilim,
Dillərə qardır20 dilim;
Dartımlarda tardaşdır21,
Dilçiliyə həl22 – dilim.
 
Dillər dovunda23 – dilim,
Dillərə nərdir dilim;
Doluluqda birdaşdır24,
Dilçiliyə göl25 – dilim.
 
Dillər sıxında – dilim,
Dillərə yerdir dilim;
Dirəşmədə çördaşdır26,
Dilçiliyə çöl27 – dilim.
 
Dillər dikində – dilim,
Dillərə dordur dilim;
Doğumluqda verdaşdır28,
Dilçiliyə döl29 – dilim.
 
Dillər burunda30 – dilim,
Dillərə fırdır31 dilim;
Dənçilikdə dərdaşdır32,
Dilçiliyə gül – dilim.
 
Dillər toyunda – dilim,
Dillərə Şurdur dilim;
Deşiklikdə hördaşdır33,
Dilçiliyə tül34 – dilim.
 
Dillər ovunda – dilim,
Dillərə tordur dilim;
Düyünlükdə qırdaşdır35,
Dilçiliyə qıl36 – dilim.
 
Dillər baxtında – dilim,
Dillərə verdir37 dilim;
Damcılıqda çoxdaşdır38,
Dilçiliyə xıl39 – dilim.
 
Dillər sübhündə – dilim,
Dillərə nurdur40 dilim;
Düyçülükdə hərdaşdır41,
Dilçiliyə qul – dilim.
 
Dillər yaxında42 – dilim,
Dillərə qordur43 dilim;
Dəyərlikdə pardaşdır44,
Dilçiliyə pul45 – dilim.
 
Dillər şorunda – dilim,
Dillərə lordur dilim;
Dəfçilikdə vurdaşdır46,
Dilçiliyə çul47 dilim.
 
Dillər hərsində – dilim,
Dillərə çərdir dilim;
Dağlılığa48gordaşdır.
Dilçiliyə bul49 – dilim.
 
Dillər üstündə – dilim,
Dillərə dilim-dilim50,
Dönüklüyə xordaşdır51
Dilçiliyə bol52 – dilim.
 
Dillər dalında – dilim,
Dillərə Kürdür dilim53,
Dünyamıza qurdaşdır54,
Dilçiliyə dol55 – dilim.
 
Dillər ucunda – dilim,
Dillərə fərdir56 dilim;
Döyüşməyə virddaşdır57,
Dilçiliyə yol – dilim.
 
Dillər önündə – dilim,
Dillərə zırdır58 dilim;
Düzgünlərə həmdaşdır59,
Dilçiliyə kol60 – dilim.
 
Dillər belində – dilim,
Dillərə pərdir dilim;
Dalğınlığa durdaşdır61,
Dilçiliyə hol62 – dilim.
 
Dillər başında – dilim,
Dillərə çardır dilim;
Dincəlməyə bardaşdır,
Dilçiliyə qol – dilim.
 
Dillər yönündə – dilim,
Dillərə durdur63 dilim;
Dayanmağa cırdaşdır64,
Dilçiliyə zol65 – dilim.
 
Dillər sanında – dilim,
Dillərə birdir66 dilim;
Dilçiliyə dartaşdır67,
Dilçiliyə bal – dilim.
 
Dillər anında68 – dilim,
Dillərə gördür69 dilim;
Dinləməyə sordaşdır70,
Dilçiliyə fal – dilim.
 
Dillər gərində71 – dilim,
Dillərə zordur dilim;
Dönüşlərə sardaşdır72,
Dilçiliyə Zal73 – dilim.
 
Dillər karında74 – dilim,
Dillərə tardır75 dilim,
Dövlətlərə vardaşdır76,
Dilçiliyə mal77 – dilim.
 
Dillər tağında – dilim,
Dillərə yardır78 dilim;
Daşğınlara gürdaşdır79,
Dilçiliyə sal80 dilim.
 
Dillər dağında – dilim,
Dillərə cardır81 dilim;
Dənizlərə xordaşdır82,
Dilçiliyə hal83 – dilim.
 
Dillər bağında – dilim,
Dillərə bardır dilim;
Derivata cürdaşdır84,
Dilçiliyə xal85 – dilim.
 
Dillər dadında – dilim,
Dillərə nardır86 dilim;
Daşqınlarda yordaşdır87,
Dilçiliyə zal88 dilim.
 
Dillər huşunda – dilim,
Dillərə dardır dilim;
Döyüşlərdə zordaşdır,
Dilçiliyə nal89 – dilim.
 
Dillər elmində dilim,
Dillərə tərdir90 dilim;
Doğrularda yardaşdır91,
Dilçiliyə çal92 – dilim.
 
İzahlı lüğət
 
1.Düşünməyə kar edəndir, tə`sir edəndir.
2.Geniş danışıq üçün, natiqlik üçün məhsuldarlıq yaradandır.
3.a) dilçilik elmi üçün möhkəmlik yaradan, armatura, onurğaya, qabırğaya bənzər konstruksiya kimi düşünülür.
b) çox ötkəm, acı-acı danışanların dilinə sancılan biz, mil kimi düşünülür.
4.Əlbəyaxa döyüşdə, döş-döşə gəlməkdə.
5.Düşmənliyin arasını kəsəndir.
6.Axtarışında.
7.Tapıntı, girləməyin nəticəsi, hasili.
8.Bilik, elm, mə`lumat.
9.Diş-dişə gələn adamların acı danışıqlarını kortaldıb aradan qaldırandır, yumşaldandır.
10.Sürücüdür, dövranlar, tarixlər sürdürənə taydır.
11.Qızıldır.
12.a) sapa düzülmüş qızıl boyunbağının tərkibində hilə bənzər bir növ quruluşlu hissəcik.
b) helləncək
13.Yalnız dahilərin görə biləcəyi bilik, elm, mə`lumat.
14.Tər gələndə yorğunluğun çıxdığına, xəstəliyin yox olduğuna işarədir.
15.Dərdə şərikdir.
16.Dilçilikdə çözümlərə, təhlil və tə`yin etmələrə kömək edən vasitə.
17.Layihəsində, cizgisində.
18.Arakəsmə, öz həddində saxlama vasitəsi.
19.Dilçiliyi arxasınca sürən, ona kömək edən.
20.Onlardan yuxarıda durub öz ağırlığı ilə onlara tə`sir edən.
21.Tarıma gətirən, düz saxlayan.
22.Həl bişmiş, həlim.
23.Davada, döyüşdə, üstün gəlməkdə.
24.Öz içində hər cəhəti əhatə edən, fundamental, bütöv.
25.Dilçilik məsələlərini tam əhatə edə bilən, öz içinə ala bilən.
26.Dərim vaxtı hətta çör-çöpü də yığan, heç bir şeyi gözündən qaçırmayan, dilçilik məsələlərini, tə`limini tam əhatə edə bilən.
27.Dilçilik üçün perspektiv, geniş bir sahə.
28.Söz, cümlə, fikir yaratmaq sahəsində məhsuldar, işlək, verici.
29.Dilçiliyin içinə girib, onda yeni sahələr aça bilən.
30.Burulmağında, burulğanında.
31.Onlardan (dillərdən) da daha çox sür`ətlə fırlana bilən, fır-fıra.
32.Dilçiliyin hər bir dənini, dənini, dənəsini dərə bilən, çox incə məsələlərini də duya bilən.
33.Vaxt keçdikcə, inkişafı nəticəsində bənna kimi özünün əyər-əskiyini hörən, düzəldən.
34.Dilçilik onun sayəsində inkişaf edir, lakin onun bütövlüyünə, gözəlliyinə xələl gətirə bilmir.
35.Hər bir düyünü açır, qırır.
36.Amma özü çox incədir.
37.Vergidir, Allah vergisidir.
38.Damcı kimi kiçik, xırda görünə bilən dil incəliklərini özündə inkişaf etdirib çoxaldandır.
39.Çox, çox-çox, böyük, dilçilik elmindən də böyük.
40.Bilik mənbəyidir.
41.Reklamçılıqda, bəyan etməkdə, aydınlaşdırmaqda hər məsələlərə toxuna bilən.
42.Yandırıb-yaxmaqda, atəşlikdə, qızğınlıqda.
43.Közdür, yanar kömürdür, oddur.
44.Parıldayan qiymətli daşdır, fənərdir, projektordur.
45.Pul və pul kimi qızarmış.
46.Vurucudur, döyüşçüdür, döyəcdir, çubuqdur.
47.a) Çul kimi örtən, qoruyan, bəsləyən.
b) yorulmuş, çul düşmüş – yə`ni qədim dildir.
48.Sinəsinə dağ çəkilənlərə, paxıllara, gözü götürməzlərə.
49.Bulan, daxil olan, girən.
50.Parça-parça, başqa dillərin sıxışdırıb aradan çıxarmaq istəməsinə işarədir.
51.Xor baxan, yaxın buraxmayan, dəyişməz.
52.Bol söz.
53.Dilləri qabağına alıb sel kimi aparan.
54.Dünyanın qurulmasına, inkişafına kömək edən.
55.Dolça, çəllək, çən, doldurucu qab.
56.Qabaqdadır, öndədir.
57.Öyrənc, səriştəli.
58.Yekəpər, nəhəng.
59.Onu saya salanlara, hörmət edənlərə həmkardır.
60.Öz altında, kölgəsində saxlayan, qoruyan.
61.Fikir dalğınlığını, çaşğınlığını saxlayan, qabağını kəsən.
62.Fırlanan, fırlanğıc, fırlanaraq dik duran qurğu, konstruksiya.
63.Dayanacaq məskəni, yeri.
64.Dayanıb bir yerdə durmayan, cırıb aradan çıxan.
65.Uçuş zolağı, qaçış zolağı.
66.Təkdir, yeganədir.
67.Dartı vasitəsi, qabağa aparan, inkişafa kömək edən.
68.Anlamaqda, qavramaqda, dərk etməkdə.
69.Görmə vasitəsidir, işıqdır, mənbədir.
70.Soraq kitabıdır, hər bir suala cavab verəndir, bilik mənbəidir.
71.Gərişmədə, qabaq-qabağa gəlmədə, gücləri nümayiş etdirməkdə.
72.Hər bir dönmələrə, dönüşlərə, fikir inkişafına, ona uyğun sarınmaya, dönməyə, elastikliyə qabildir.
73.Rüstəmi-Zal, pəhləvan, güləşçi.
74.Kar etmədə, tə`sirdə.
75.Çalğı, musiqi aləti.
76.Sərvətlərə malikdir.
77.Əmtəə, alqı-satqı vasitəsi.
78.Dostdur, arkadaşdır.
79.Gurdur, gur hadisələrə uyğundur.
80.Bərə, üzgü vasitəsi, gəmi.
81.Ucadır, səsi ucadır, gurdur, güclüdür.
82.Xorun üzvü; səslərə səs verən.
83.Qüvvət, halət, güc.
84.Yeni söz yaradıcılığında hər cür imkana malikdir.
85.Say gətirən, ad-san qazandıran.
86.Şirin, turş, meyxoş, hər cür dada malik.
87.Yarışlarda yorar, amma özü yorulmaz.
88.Salon, geniş otaq, auditoriya.
89.Dilçiliyin irəli gedişini zədələməkdən qoruyan, inkişafa şərait yaradan.
90.Təzədir.
91.Qabağa doğru getməkdən ötrü maneəni yarıb keçən, lağım atan, tunel çəkən.
92.Saçı-saqqalı ağarmış, çallaşmış bilici, elmli.
 
 
  Fikrət Rzayevin “Söz. Söz konstruktorluğu. Sözün sirri” kitabından səh: 380-385

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.