2012…

Print Friendly, PDF & Email

Qışqır -qışqır fəryadın ucalsın göylərə,
Göylərdəki buludlar, Ağlar əslində bizlərə,
Səsin çatsın, Qiyaməti gözlər cahilə,
Qiyamət yerdədir, Bax bir kör gözlərə,
Partlayır Vulkan, Od salır Aləmə,
Bax Selə, Dirini-Cəsədi yuyan dəhşətə,
Qasırğa, Uçurur göydəki olan əl sənətləri,
Qışqır! Yetər qışqır səsin yayılsın! Bu aləmə.
Günümüzə bax, İnsanlar durub insan qəsdinə,
Qışqır! Bağır! Bu aləmə! Bağlan ruhun ilə o uca göylərə,
Sındır! Bağır, Ağla -Ağla! Bu bağlanmalı günümüzə,
Cəsədlər, Hərəkətsizdir o əllər, Səndəki bir cənazə gələcəkdir o qəbirə,
Qorxma! Gələcək qəbirdə cəsədin üstünə üst cənazə,
Ölülərə artıq yer yox, Onlar yata bilmədi ki tək dirilməyə!
Qışqır -qışqır! Hammı oyansın! Bağlansın o uca göylərə!
Doğulan cismindir bu an ilə, Gedən ruhun olacaqdır! Ata Əzrailə.

Axırıncı Qayıdış 05.01.2012

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.