Dairə konseptual işarə kimi

Dünyada elə bir xalq yoxdur ki, onun mədəniyyətində rəqslər olmasın. Rəqslər hər xalqda istər məzmun, istər xoreoqrafiya, istərdə də tarixi baxımdan həm ortaq, həm də fərqli xüsusiyyətlərə malikdirlər. Solo rəqslər, təkcə kişilər və qadınlar tərəfindən ifa edilən rəqslər, eləcə də kütləvi rəqslər fərqli qütblərdə yaşayan müxtəlif xalqların rəqs incəsənətində mövcuddur. Həmin rəqsləri hər xalq özünün temperamentinə, adət-ənənəsinə uyğun tərzdə ifa […]

Alim ömrünün işığı

Nədənsə onu görkəmcə Kəlbəcərin əzəmətli dağlarına bənzədirəm. Əslində heç bilmirdim kəlbəcərli olmağını, orada doğulmağını. Yaxın vaxtlarda  bunu öyrənəndə bir daha yəqin etdim ki, insan elə doğulduğu yurdun özünə bənzəyərmiş. Yurd havasının, suyunun saflığı mənəviyyatına hopub. Təbiətindəki məğrurluğu, vətən, el-oba sevgisini də o yerlərdən əxz edib sənətşünas Nizami Alıyev. Ömrünün 40 ilə yaxın bir dövrünü Naxçıvanda yaşayan alim Naxçıvan təbiətini qarış-qarış […]

Elman Cəfərov 70

     CƏFƏROV ELMAN MƏHƏRRƏM OĞLU – Rəssam Heykəltaraş 1951 ci ildə Naxçıvan şəhərində anadan olmuşdur – orta təhsilini Əkbər Ağayev adına internat məktəbində almış, orta təhsilini başa çatdırıb 1968 ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olmuş, 1972 ci ildə texnikomu bitirib Naxçıvan şəhərinə qayıtmış və əmək fəaliyyətini və yaradıcılığını Naxçıvan şəhərində davam etdirmişdir. 1975 ci ildə Azərbaycan Dövlət İncəsənət […]

Dilənçi zənn edib qarşısına pul atdılar

Dilənçi zənn edib qarşısına pul atdılar, sevdiyi qadın onu rədd elədi, öləndə Fəxri Xiyabana qoymadılar – Ailəsiz, diplomsuz, talesiz Səttar Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir. Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrn 15-də Bakının Əmircan kəndində anadan olub. Bəhlul kişi elə həmin ilin yanvar ayında itirdiyi Səttar adlı oğlunun adını yeni doğulmuş körpəyə […]

Əkrəm Məmmədli – Azərbaycan muğamları

Ön söz       Görkəmli tarzən, pedaqoq Əkrəm Məmməd oğlu Məmmədli Azərbaycanın qədim diyarı olan Naxçıvan şəhərində dünyaya göz açmışdır. Bakıda təhsil almaqla gənclik illərində əmək fəaliyyətinə də bu şəhərdə-Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblında başlamışdır. Bir neçə il bu ansamblda çalışdıqdan sonra, o Naxçıvan Dövlət Filarmoniyasına dəvət alaraq burada solist-tarzən, dirijor və bədii rəhbər kimi […]

Əkrəm və Kənan Məmmədlilərin nota aldığı Naxçıvan – Şərur el yallıları

Azərbaycan Naxçıvan yallıları    Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.     Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.     Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.   […]

Musiqişünas Jalə xanım Qulamova barədə

Jalə Elman qızı Qulamova 1973-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1988-1992-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan  Musiqi  Texnikumunun  «Nəzəriyyə» şöbəsində, 1992-1997-ci illərdə isə Ü.Hacıbəyov  adına  Bakı Musiqi Akademiyasının «Tarix- nəzəriyyə» fakültəsinin «Musiqişünaslıq» şöbəsində təhsil alıb. 1990-1997- ci illərdə Naxçıvan  şəhər 2 saylı uşaq musiqi məktəbində müəllim, 1997-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində baş müəllim, 2003-cü ildən AMEA-nın Naxçıvan  Bölməsinin  «İncəsənət, […]

Ömür vəfa etsəydi

İlk dəfə idi ki, çox sevdiyim və hörmət bəslədiyim bir insan, sevimli müəlliməm Əqidə Ələkbərova ilə bağlı yazmaqda çətinlik çəkdim. Onun haqqında indiyə qədər bir neçə dəfə yazmışam. Lakin bu gün o, həyatda olmadığı vaxt söz demək, onu anmaq mənə ağır gəlir. Əqidə Ələkbərova ilə bizim hələ bu yaxın günlərdəki söhbətlərimizi xatırlayanda, xəyalən onun Naxçıvan Musiqi Texnikumunda bizə dərs deyərkən […]

Realizmin duyğulandırıcı görüntüləri rəngkar Həmzə Sadiqovun yaradıcılığı haqqında

Qənaətimcə, Naxçıvanda doğulanlar üçün rəssam olmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, sənət həvəsli insanların çoxu üzünü görmədiyi məşhur Bəhzruz bəy Kəngərlinin adını eşidib rəssam olmaq həvəsi ilə yaşayır. Amma rənglərlə baş-başa qalanda, rəssamlığın çoxlarının görə və duya bilmədiyi çoxqatlı çətinliklərdən ibarət olduğunu dərk edəndə, üstəlik, Bəhruz bəyin də yalnız ölümündən sonra onu tapan şöhrətinin sayagəlməz mərhumiyyətlərdən […]

Oxu tar, oxu tar, Səni kim unudar?

Görkəmli şairimiz Mikayıl Müşfiqin qələmindən süzülən bu sətirlər tar ifaçılığı ilə məşğul olanların dilinin əzbəridir. Bu qədim musiqi aləti insanın daxili aləminə güclü təsir imkanlarına malikdir. Bu səbəbdəndir ki, dünya mədəniyyətinin nadir incilərindən sayılan Azərbaycan muğamları tar kimi ecazkar musiqi aləti sayəsində sənət qələbəsi qazanıb, əbədi zirvə fəth edib. XIX əsrin ortalarında Sadıqcanın tarda yaratdıqlarını ölməz bəstəkarımız Üzeyir Hacıbəyov daha […]

1 2