Xəlilov Fərman Yunis oğlu

Fərman Xəlilov 1952-ci il martın 31-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Burada 9 nömrəli orta məktəbi bitirdikdən sonra (1969) Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1969-1973). Əmək fəaliyyətinə Naxçıvan MR Culfa rayonunun Milax kənd orta məktəbində başlamış (1973), hərbi xidmətdən sonra (1974) Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli orta məktəbdə (1975-1996) […]