Bürclər ilk təqvimlərdir

Bürclər ilk təqvimlərdir Tarixi mərhələlərdə Həzrəti Huh dövrü tufanı baş vermişdir. Tarixi tufan və o tufandan xilas olmuş insanlar, böyük inam və inanc başlanğıcına bir daha addımlar atmağa davam etdilər. Həzrəti Nuh dövrü tufanı və o tufandan xilası o dövr insanlar yaddaşlarında saxlamaqla bərabər, o dövrü daşlarda, qayalarda, kitabələrdə işarələrlə tarixləşdirdilər. Onunla yanaşı, o xilas dövrünü Xilaskarla yaddaşlarda saxlayaraq Günəş […]

Canımızda canımız

İşıqdan gəldi canımız, İsığa necə qayıdar canımız? Nə canda can olar canımız? Canımızın can olmağına gələn canımız. Canımızdan can gedəndə, Nəyə çatar canımız? Bu nə can idi, bizə çatdı canımız? Canı bəxş edənəmi qayıdar candan canımız? Müddətə verilən canımıza canımız, Ruh canda, candan ruhu ayrılan canımız. Ruhuna, İşığına həsrət qalan canımız, O İşığı bir də cağıran canımız. Sonsuz İşıqdan paydır […]

Payız

Payız Yenə payız önümüzdə… Soyunacaq  yaşıl donun, örpəyini dəyişəcək təbiət də Saralacaq ağacların yarpaqları , xəzəl olub töküləcək bağ bağatda Qəmginləşib,  elə bil ki , oz donunun hicranına qapılacaq, şux görkəmi dəyişilən çılpaqlaşmış ağaclar da Xəzəl olmuş yarpaqları toz dumana bürüyərək, sovuracaq külək yenə sağa sola. Üz çevirib təbiətin bu halına, quşlar yenə köç edəcək, qatarlanıb topa topa sərçələrsə büzüşəcək […]

İsrafil Məmmədov “Ömür təqvimindən tökülən yarpaqlar”

 Ön söz Bu kitab 28 oktyabr 1995-ci ildə Bakıda metro qəzasında faciəli şəkildə həlak olmuş bir azərbaycanlının həyatının bəzi məqamlarını əks etdirir. Özündə düzgünlüyü, əzmkarlığı, dostluğu təcəssüm etdirən; həyatda yaşamağın mənasını zəhmətdə, elmi yaradıcılıqda, gənc nəslin təlim-tərbiyəsində görən; mənalı, keşməkeşli həyat yolu keçən vətəninin, ailəsinin adını və şərəfini daima uca tutan bir insanın – texnika elmləri doktoru, professor İsrafil Allahverdi […]

Mirvarid Dilbazi Unutma!

Unutma! Ay cavan oğlan, İgid, pəhlivan, Qolun qüvvətli, Gözün işıqlı, Boyun ucadır. Qarşında gedən, Demə-qocadır. Onu keçməyə Tələsmə, dayan, Ay cavan oğlan! Yolu getsə ləng, Etmə onu dəng: Ağır söz demə, Dur, itələmə. Büdrəsə tez tut. Əlindən qaldır, Gənclik — qocalıq Keçib bu yoldan Baban, nənən də, Bir gün o yoldan Keçərsən sən də. Bunu unutma, Bu qocaları sən ucuz […]

Eşqlə, məhəbbət

Məcnun nə, Leyli nə? – dedilər ki, onlar Eşqə, məhəbbətlə divanədirlər. Məhəbbət arada qalmış, Eşq həsrətə qalxmış, eşq məhəbbəti divanə salmış. İki sevənlər biri – birindən uzaqda qalmış.    Məhəbbət nə dəyər, nə də ki, qiymətdir. Onun dəyər – qiymətini sevənlər bilər. Məcnunlar, Kərəmlər, Sə`nanlar bilər. Sevgini deyənlər bilər, bir də sevgini bilənlər bilər. Məcnunlar, Kərəmlər, Sə`nanlar bilər…    Məhəbbət […]

Görünən, görünməyən, eşidilən

İnsan ətrafına baxdı ona ad tapdı “ Mutant “ ( eybəcərləşdirilmiş ), “ Amorf “ ( görkəmsiz, formasız, eybəcər ). Amma planetimiz və ətraf nədir, necədir hansı gözəlliklər əhatəsində, gözəlliklərdədir. Niyə gözəllikdədir?    Gözəlliklər ətrafımızdadır, görmək istəsək də, istəməsək də o, yenə də gözəlliklər əhatəsində gözəlliklərdədir. Bu baxımdan “ Eqo “ – da bir baxışdır. Gözəlliklik mə`fumları bizim fikrimizin “ […]

Ömür də bir paydır

Bu yer həyatı bir qatarda, bir vaqonda, bir kupedə, bir pəncərədən pəncərə arxasından keçən görüntülərə baxmağa bənzər.    Çöllər, körpülər, ağaclar, yollar, insanlar, şəhərlər, dostlar yaxınlar, küləklər, yağan yağışlar, qarlar sür`ətlə göz önündən keçər. Amma keçər, arxada qalar, yaddaşda qalar, səsi ilə, vaxtı ilə, sür`əti ilə. Nə tez keçər, nə tez şütüyər. Keçilən o yollar arxada qalar. Ömürmü keçir, vaxtmı […]

Möhtəşəm konstruktor

Qurulacaq bütün konstruksiyalara ilkin istinad axtarılır. Kainata baxdıqda planetlər də bir istinaddadırlar. Onların istinadı birgə hərəkət mexanikasıdır. O, birgə hərəkət arasında 16 – sür`ət hərəkəti və əhatəsində varlığındadırlar. O, planetlərin kütlə və həcminə baxmayaraq birgə hərəkət və sür`ətlər dəyişməz olaraq qalır. Birgə hərəkətdə olduqlarından biri – birinə güc, tə`sir etməz.    Yer aləminə baxdıqda ən böyük və möhtəşəm konstruktor Hacı […]

Söz…

Sözə, söz gərəkdir. Fikrə söz gərəkdir. Sözsüz, söz olmur. Sözsüz, fikir olmur. Sözsüz, düşüncə olmur. Sözsüz, demək olmur. Söz idi ilk, söz deyildi ilk. Sözlə söz dedilər, sözə söz dedilər. Sözlə, sözü ardıcıllıqda dedilər. Kainata üz tutdular, Kainatın öz dilində Kainata söz dedilər. Onun dili ilə, Ona söz dedilər. Sözün ilki Onda idi, Ona öz sözünü, sözdə dedilər. Sözlə Söz […]

1 26 27 28 29 30 35