Page 823 - Vahid Rzayev
P. 823
821
Yer üzünün bütün dilləri, bütün hecaları, bütün cümlələri, bütün durğu işarələri, elə
Kainatın öz hecası, öz cümləsi, öz durğu işarələri, O - nun, Bəxşindən olduğundan,
heç bir ricamız, heç bir xitabımız, heç bir dilimiz, dərk edilmədən, kənarda qalmaz.
09.12.2017
***
Biz bunları, qurmadıq...
Bunları biz belə qurmadıq, çünki bunlar, belə qurulubdur.
Hər bir fikir, hər bir düşüncə, hər bir istək, anilikdə sözə, çevrilir.
Həmin söz də, gizli olub, gizli qalmır o, “söz”, o, “sözlər” anilikdə, Kainat boyu
səslənir, Kainat boyu eşidilir, Kainat boyu bilinir.
Hər bir hərəkət, hər hansı bir hərəkət, bütün hərəkətlər, səsə çevrilir.
Hər bir nəfəs, ürəkdən keçən, qana çevrilir.
Hər bir, qida çeşidi, anilikdə, dada çevrilir, o qida çeşidi isə, dörd dad arasını bölür,
(acı, şirin, turş, şor).
09.12.2017
***
Milli, musiqi alətimiz Tar, nəyin tərənnümçüsü, nəyin təmsilçisidir?
Azərbaycan ərazisində, simli musiqi alətimiz olan Tar, çox-çox qədim olan, tarixi
dövr və mərhələlərdə, musiqilərimizi, muğamlarımızı, ritmik muğamlarımızı, müşayət
və səslənməsində çox mühüm, musiqi aləti olub.
Muğam janrı, Azərbaycana məxsus olan, Azərbaycanın, mülkiyyətidir!
Simli musiqi alətimiz olan Tar, səsində, səslənməsində Günəş və Kainatın səs
ahənginin, İşıq toplumunun, tərənnümçüsüdür.
Musiqi aləti Tar, özündə, tərtibatında, konstruksiyasında, Günəş hərəkətini, onun,
bütün hallarını, dəyişikliklərini, hal ardıcıllıqlarını, özündə əks etdirir.
Musiqi aləti Tar, özündə, tərtibatında, konstruksiyasında, çox maraqlı, çox
düşündürücü və sirli səs hallarının, daşıyıcısıdır.
Musiqi alətinin, konstruksiyasına diqqətlə baxdıqda, səslənməsini dinlədikdə, bir çox,
dəqiq hesabatlar, aydınlaşır.
Təkrar olunmaz, səs diapozonları, əsrarəngiz olan səslərin, sirlərinin nədə, necə
“gizlədildiyinin”, marağını, yaradır.
Musiqi alətinin, belə bir konstruksiyaya, malik olması səbəbindəndir ki, onun səs
diopozonu, Kainatın səs diopozonuna, çox uyğundur.

