Page 819 - Vahid Rzayev
P. 819
817
Yox, nə illər yaşlaşıb, nə bizlər yaşlaşmışıq, nə də ki, o dövr, o ərəfə yaşlaşıb.
İndi, Günəşin rəngi ayrı, torpağın iyisi ayrı, əsən küləyin gücü ayrı.
Çörək yapılır, o çörəyin, o çörəkdən, o iyi ayrılmır, qəribədir.
Yemək, qida hazırlanır, o qidanın, özünə xas, özünə aid, iyisi ayrılmır, qəribədir.
Gül satılır, gül - çiçək bağışlanılır, o gülün, o çiçəyin, rəngi görünür, amma ki, iyisi
gəlmir, ondan o iyi ayrılmır, qəribədir.
Günəşin rəngi dəyişib, torpağın iyisi dəyişib.
Günəşin rəngi tündləşib, torpağın tərkibi də, acı olub, acılaşıb.
Yağa, əlavə kənardan dad vurulur, rəng vurulur, yağın iyisi vurulur. O yağın özü hanı,
bu qəribədir.
Müxtəlif preparatlarla, inək, qoyun, keçi, buğa, kökəldilir, amma ki, əksinə müxtəlif
preparatlarla da, insanı, arıqdan - arıqladırlar, bu da bir, dəb olubdur, qəribədir.
O, yaxın keçmişlə, bu yaxın illər ərzində, bunların ikisi arasında, bir o qədər də, uzaq
illər keçməyib, amma ki, iyilər, rənglər, dadlar, tərkiblər, yanaşmalar, münasibətlər,
baxışlar, sözlər, davranışlar, müraciətlər, ricalar, xahişlər də, dönüb, dəyişilib,
qəribələşibdir.
Yer üzü, Günəşin rəngi, yağışın, torpağın, suyun, qarın, səslərin ahəngini, qidaların
dadını, güllərin, çiçəklərin iyisini, illər dəyişmədi, ərəfələr dəyişmədi.
Bunları dəyişib, yad edən, yadlaşdıran, bir - birindən uzaq edən, dəyişən, sü'niləşdirən
isə, insanların düşüncələri, davranışları səbəb idi.
Yalanla, iftiralar, viranə edici müharibələr, ərazilərdən - ərazilərə müdaxilələr, insanın
- insana, yad olan münasibətindən törəyən, acı hallar, acı dadlar, sü'niləşən
münasibətlər idi.
05.12.2017
***
Günəş işığını - Qızıl,
ağ İşığa - Gümüş, tərənnümçü idi...
Azərbaycan ərazisindən başlamış, Azərlər arasında, bütün dövrlər, bütün ərəfələr
üçün, Günəşi - qızıl rəngli, Qızılı da - Günəş rəngli kimi, təmsil olunduğundan, onun,
yə'ni Qızılı - İşıq rəmzi kimi, simvolizə edirdilər.
Onunla yanaşı, yazı mətnlərində, “z - s”, hərifləri sarı olan, Günəş işığının rəmzi
olduğunu təmsil edərək, o da, qızıl qədərində, Günəş işığının təmsilçisi hesab
edilərdilər.
Qadına bağışlanan, təqdim olunan, qızıl, zinyət əşyaları, mə'nası isə, “sonu olmayan,
sonla olmayan, o sönə bilməz kimi, o sönməz kimi”, xarakterizə olunaraq, Günəş