Page 818 - Vahid Rzayev
P. 818
816
02.12.2017
***
Nə Yarandı...
Nə yarandı, O, Birdən, birə - birdən?
Bütün Aləmlər, bütün varlıqlar, bütün kütlələr, bütün cisimlər yarandı - yaranır və
yaranacaqdır da, və yaranmalıdırlar da, o, “Birdən”, birə - birdən.
Varmıdır, elə bir qüvvə ki, elə bir varlıq ki, dayandırıb, söndürə bilə, bu yaranış
ardıcıllıqlarını?
Yoxdur, olmayıb, olmayacaqdır da, elə bir “varlıq”, elə bir “qüvvə” ki, dayandıra,
söndürə, uzaqlaşdıra, bütün aləmləri, o, birdən, birə -birdən!
04.12.2017
***
Dəyişən dadlar, dəyişən hallar...
Bir müddət bundan əvvəl yə'ni, yaxın keçmişdə, bə'zi hallar maraqlı və dəyərli idi...
Fərq etməzdi, yaz olsun, yay olsun, yaxud payız fəsli olsin, fəsillərlə də yanaşı, hallar
maraqlı idi...
O ərəfələrdə, yağan yağışın da, səsi ayrı idi, yağan yağışın, iyisi də, ayrı idi.
Yağan yağışdan sonra, torpaqdan, asfalt yollardan, səkilərdən, havadan qəribə bir iyi
ayrılırdı, çox mehriban, həlim, tanış bir iyi ayrılırdı, çox sevindirici, ümid verici, şad -
şən bir təəssürat bağışlayan hal yaranırdı və olurdu.
Qışda, o fəsildə, o, ərəfədə qar yağırdı, o, qışa məxsus, havadan qar iyisi gəlirdi, qış
iyisi gəlirdi, sevinc rahatçılıq iyisi gəlirdi...
İndi deyirik ki, bu hallar, yaxın keçmişdə idi...
O, yaxın keçmişlə, indiki vaxt ərəfəsi arasında çox da, uzaq vaxt məsafəsi
yaranmayıb.
İllərin arasında, müqayisə edilə bilən, illər deyilməkdədir.
Amma, o illərlə bu illər arasında, təxminən 50 - 60 il keçib.
Arada il keçib, aradan illər keçib.
Amma, yadda - yaddaşda, o ərəfənin, o vaxtın, o fəslin, o dövrün, bir səsi, bir iyisi
qalıb...
İndi də, yağış yağır, indi də, qar yağır, indi yay da olur, dönüb payız, ondan sonra, qış
da olur...
Amma, o iyidən, o səsdən, o rəngdən daha olmur.
İllər yaşlaşıb, yoxsa bizlər yaşlaşmışıq?