Page 825 - Vahid Rzayev
P. 825
823
olunur.
Trionu, simli musiqi aləti Tarı, Kamança müşayət edir.
Simli musiqi aləti, Kamança, konstruksiyasının küpü, girdə, dairəvi, yumru olmaqla,
Günəş formasını, alətin səslənməsində, istifadə olunan, kaman, Ovalın (Ellipsoidin),
bir yarımdairə formasını, təmsil edər.
Kamançanın da, “aşıqları”, (yə'ni, simləri tarıma gətirib musiqi kökündə saxlamaq
üçün), Armud ağacından düzəldilir, küpü isə, Qoz, Cəviz ağacından, düzəldilir.
Aşıqları, ona görə Armud ağacından düzəldirlər ki, armud ağacı, havadan nisbi
nəmişliyi götürmədiyindən, quru qalaraq, musiqi səsi, kökdən düşməsin deyə, simləri,
tarım, dartıda saxlamağa, kömək edir.
O, Trionu, yə'ni, o üçlüyu, dairəvi Qaval müşayət edər.
Qaval, Günəş dairəsinin, simvolunu, formasını, quruluşunu, Günəşi, təmsil edərək,
musiqi ritmini, səsləndirməyə, köməkçi olaraq, (qa - İşıq), müşayət, edər, ritmə
köməkçi olur.
Tar, Kamança, Qaval, bu üçlük, Xanəndə ilə birlikdə, Dördlük, Kvarta olar.
10.12.2017
***
Ölü yox, ölmüş yox, öldürülmüş materiya...
Çox qədim olan bu Yer aləmi, çox qədim olduğu qədərində də, çox qədim olan
halları, çox qədim olan, bir çox mə'mulatların, bir çox məhsulların, hazırlanması da,
çox - çox qədimdir.
Həmin o qədim dövrdən, hazırlanan hasilə gətirilən bir çox məhsullar heç də,
müasirləşib, müasir üslubla, bu dövrün, bu ərəfənin tələblərinə görə düzəldilmir,
istehsal olunmur, hazırlanmır.
Amma ki, çox - çox qədim olan o həmin üsulla, bu gün də, həmin, ilkin üsulla, bir çox
mə'mulatlar, mallar, hazırlanır, düzəldilir.
Mallar, mə'mulatlar, daha çox sayda, müxtəlif çeşidlərdə, Fabrik, Zavod şəraitində,
istehsal olunurlar.
Un istehsalı, buğda üyünməsi onun una çevrilməsi, çox - çox qədimdə, ilk yer üzü
insanından, evlərdə Buğdanı, dəstərdə çəkməklə, üyütməklə Un əldə ediblər.
Una, çörəyə, tələbat artdıqda, un üyünmə üslubunu dəyişib, Su dəyirmanlarında, Yel
dəyirmanlarında, buğdanı üyüdərək, un əldə ediblər.
Ondan, çörək hazırlayıblar, o çörəklərlə də, qidalanıblar.