Page 71 - Vahid Rzayev
P. 71

69




                  Nənələrdən babalardan, böyük bir miras qalmışdı bizə!
                  Babalarımız yaz vaxtı, şum vaxtı, əkin-biçin vaxtı, kəli sürərdi əkin sahəsinə!

                  Yol boyu yolu tə'rif edərdi, kəli tə'rif edərdi, yaz havasını tə'rif edərdi!
                  Əkin sahəsinə çatıb, əkin sahəsini tə'rif edərdi başlayardı şuma!

                  Kəli  tə'rifləyər,  xışı  tə'riflətər,  torpağı,  şumu  tə'rifləyərdi!  Torpağa  əkin  əkib,  dəni-
                  toxumu tərifləyərdi!

                  Su vurub, suyu tə'rifləyərdi, torpaqdan baş qaldıran bitkiləri tə'rifləyərdi! Sevinərdi,
                  sevincini tə'rifləyərdi.
                  Məhsul yığlb, o məhsulu tə'rifləyərdi!

                  Rahatçılıqdan  başladığı  işin,  nəticəsini  rahatçılıqla  toplamağına  sevunər,  məhsulu
                  tə'rifləyərdi!
                  Təruflərindən,  rahatçılıqlarından  məhsulu  birə-beş  artardı!  Sevinərdi,  sevincini
                  tə'rifləyərdi!
                  Nənələrimiz       yemək       hazırlayardı,     yeməyi      zümzümə        ilə    hazırlayardı.
                  Yun  çırpardı,  zümzümə  edərdi,  yorğan-döşək  salardı,  zümzümə  edərdi!  Rahatçılığı
                  çağırıb, rahatçılığın zümzüməsini edərdi!
                  Babalarımız ev tikərdi, xoş sözlərlə palçıq qarışdırıb, samanı palçığa qatıb, xoş sözlər
                  deyər, xoş düşüncələrlə, o evin him yerini açardı!

                  Çağırılan  bənnaya  xoş  söz  deyib,  o  evin  tikintisini  də,  o  bənna  xoş  niyyət,  xoş
                  fikirlərlə, inşa edərdi!
                  Nələr olardı onda?

                  Ev rahat, qida rahat, can rahat, mal-heyvan tövlədə rahat, qış rahat, xanım rahat, oğul-
                  uşaq rahat!

                  Ömür də, gün də, gecə də, can da, şirin rahat!
                  Yazın gəlməsini, gözləyərdi rahat!

                  25.07.2015
                  ***

                  İsti - Soyuq...
                  Qəribə deyil, amma ki, belədir!

                  Qış ərəfəsi, Qış fəsli, sanki Yer kürəsi, “ağırlaşır”.

                  Bütün məhlulların, tərkibi dəyişilib, ağırlaşır.
                  Mayelər ağırlaşır, tərkibi “acılaşır”.
   66   67   68   69   70   71   72   73   74   75   76