Page 67 - Vahid Rzayev
P. 67
65
***
Gözlər
Gözlər də, qəribədir maraqlıdır!
Gözlər var rəhmlidir, mehribandır, həlimdir, qəddardır, paxıldır, məkrlidir, yalan
deyəndir, aldadandır, karıxdırandır, azdırandır, xəyanətkardır, tənbəldir, çevikdir, şüşə
kimi soyuqdur və s. və i. Gözlərə bax, gözlərə...
Baxışı ayrı, dediyi ayrı, düşündüyü ayrı, fikri ayrı - gözlərə bax, gözlərə...
Dediklərinin arxasında gizlənən - gözlərə bax, gözlərə...
Düşündüklərinin arxasında gizlənən – gözlərə bax, gözlərə...
Gözlər, dediyini, düşündüyünü, istəklərini (paxıllığını) gizlədə bilməz – gözlərə bax,
gözlərə.
Gözləri yumub, söz deyərkən gizlədilsə də, sürmələnib - sürməli olsa da, gözlərə bax,
gözlərə.
Deyilən “məvhumlar” – sirli, örtülü, gizli, müəmmalı, məqsədlidir – gözlərə bax,
gözlərə...
Diqqətlə baxdıqda - söz, səs, musiqi gözlə görünməyəndir, ancaq eşidiləndir!
Bir də - düşüncələr, fikirlər, istəklər, məkr, yalan, xəyanətlər, karıxdırmalar və s. nə
gözlə görünəndir, nə də ki, eşidiləndir!
Amma yenə də, gözlərə bax, gözlərə... Onları gizlətməyə, gözün gücü çatmır, yenə də
- gözlərə bax, gözlərə!
22.07.2015
***
Gözəl günlər olmur, Günlər gözəl olur!
O gün keçdikdən sonra daha o gün, əl çatmaz olur!
O günlər, bir də xatırlandıqca, təəssüflərlə dolu olur!
23.07.2015
***
Xına gecəsi!
Toylarımız nə möhtəşəm imiş! Nə kimi tövsiyyələr var imiş!
“Gələn gəlin, o, gəlin
İşıqla gəlsin o, gəlin!
İşıq gətirsin o, gəlin,
Evimizə “gələn”- o, gəlin!”.
“Gəl”- kənardan, başqa ailədən, gələn, mə'nası!