Page 68 - Vahid Rzayev
P. 68
66
“Gəl-in”- yə'ni, cəm şəkilçisi, (övladlar da gələr).
Xına yaxılardı, gəlin ovcuna, dairəvi xına yaxılardı!
Barmaqları xınalı, ovcu içərisində, dairəvi xına, o, Günəş, adı olardı!
Sağ, Sol əlini; qaldıranda, Günəş (sumvolu), görünərdi, xınalı barmaqları Günəşin
şüalarını simvolizə edərdi!
Xına yaxma şənliyini, Xına “gecəsi”-adlandırardılar. O şənlik gecəsində Aq-Uş-Qa
deyərdilər, İşıq-İşıq-İşıq deyib, səhərin açılmasını gözləyərdilər!
Yə'ni “gecə”, qaranlığı gecədə qalsın, əlindəki İşıqla, İşıq gətir, evimizə İşıq gətir!
Bəyin bir çöçələ barmağı, xınaya batırılardı ki, bu Azərbaycan ərazisindən, tufandan
xilas olmuş o insanların ilk barmaq-barmaqdan tuturaq şadyanalıq, rəqsi, birlik
“birlikdə”,- sevinc mə'nası daşıyardı (Yallı yaddaşı).
Amma bəyin də, ayağının altına (pəncəsinə), dairəvi xına yaxılaraq, xınalanardı!
Gəlin gəlsin işıq gətirsin, İşıqla gəlsin!
Bəy gəlsin, İşığı gətirsin, ayaqları ilə, evə işıq gətirsin!
(Ailənin bütün yükünü, azaltsın, kənardan evə qida, rahatçılıqlar, İşıq gətirsin mə'nası
daşıyırdı).
Bu adət “Xına gecəsi”, xınanın Qırmızı rəngi isti, gəlinin Ağ geyimi, - isə, İşıq
gətirsin!
Amma uzaq keçmişdən qalma bir anlayış da, Qırmızı rəng rahatçılıq, həlimlik, sevinc,
mehribançılıq, məhəbbət, qayğı rəngi kimi qəbul edilirdi!
Amma çox qədim adətdən qalma bir hal da Azərbaycan ərazisində, uzun əsrlərlə,
qorunub saxlanılmışdı.
Bu anlayış ondan ibarət idi ki, Gəlin səhərə yaxın, yə'ni Günün çıxma ərəfəsində Uş-
anında, O, oğlan evinə köçürülərdi!
Nələrin necə olduğunu, zəman-zaman unutdurublar, amma yaddaşlarımızdan isə,
çıxartmamışıq, qoruyub saxlamışıq, o böyük mə'naları!
Toy gününə qədər, Xına gecəsi, toyun, sonrakı səhəri, Gələn gəlin, “Gəldi gəlin”, adı
ilə, şadlıq edilərdi!
Qədim Azərbaycan ərazisində yaşayan o insanlar, Günəşin doqquz istinad
nöqtəsindən keçdiyindən xəbərdar olduqlarından, doqquz bucaqdan keçmə anını
bildiklərindən, ailə quranlara, doqquz övlad olmasını, arzu edərdilər!
Toy səhərisi, Gəlini qırmızı ilə, geyindirərdilər!
Qırmızı isti, Ailəyə Günəşlə, İşıqla birlik - fikri ilə, bir də şadlıq edərdilər, ancaq
qadınların yığıncağı olardı, kişilər o qadınlar məclisində iştirak etməzdilər!
23.07.2015