Page 73 - Vahid Rzayev
P. 73

71




                  Gəlirik sözlə, qayıdırıq sözlə - o dünyaya sözlə!
                  Əvvəli sözlə, özü sözlə, sonu tükənməyən, bitməyən sözlə!

                  28.07.2015
                  ***

                  Cahillik və kamillik
                  Cahillik,  Kamillik  qarşısında  aciz  olmalıykən,  Kamillik,  Cahillik  qarşısında,  aciz
                  olubdur, sanki aradan uzaqlaşıb, yox olubdur!

                  Bəşər, Bəşəri dərk etmək istəmir - bu, qəribədir!
                  Bəşəriyyət arasından, mehribançılıqlar uzaq olub - bu, qəribədir!

                  Bəşər özünü, bəşəriliyinin nədən ibarət olduğunu, dərk edə bilmir - bu qəribədir!

                  Yer üzündə olan, dağıntılar gözü önündədir, görmək istəmir - bu, qəribədir!
                  Bəşər biri-biri arasında sülhü görmək istəyir, sülhü görmək istəməyənlər də var - bu,
                  qəribədir!
                  Qitələr, dağıntılar arasındadır, sanki Yer üzü sürünmədədir, Bəşər bu halları dərk edə
                  bilmir - bu, qəribədir!

                  Bu  dağıntılar  -  aramsız  yağışlar,  dözülməz  istilər,  səfalət,  xəstəliklər  bəşərə  bir
                  əlamətdir, bunları, dərk edə bilmir - bu, qəribədir!
                  Çünki, insanla  -  insan  arasında,  ətrafdakılara  e'tinasızlıqların  nəticəsidir  -  bu  isə,
                  qəribə deyil!

                  Nə qədər qərarlar verilsə də, müzakirələr etsələr də, orada, Bəşəriyyət adına; “rifah və
                  insan varlığı”, anlayışı yoxdur, qitələr faciələrə, bürəlidir.
                  Bu gediş bu davranışlarla Yer üzü, bir cəhənnəmə dönür, bəşəriyyət sanki o, “Qara
                  varlığın” əsarətindədir!

                  28.07.2015

                  ***
                  Bəşəriyyətin Zəngi...

                  Bir, zəng düzəldin, zəng olsun!
                  O, Bəşəriyyətin - Bəşəriyyətə, zəngi olsun!

                  Yer üzünə, Zəng olsun,
                  Bəşəri faciələr vaxtı, Bəşəriyyəti oyatmağa, o, zəng, olsun!

                  Bir, Zəng düzəldin, zəng olsun!

                  Bəşəriyyətə səslənən, Bəşəriyyətin zəngi olsun!
   68   69   70   71   72   73   74   75   76   77   78