Page 74 - Vahid Rzayev
P. 74
72
Bəşəri faciələrdə, Bəşər özü, faciələrdə, o, Zəng səslənsin, səs olsun, Bəşəriyyətə zəng
olsun, oyanma, oradan, olsun!
Narkomaniyadan, bir də, nələrdən - nələrdən, o, faciələrdən, Bəşəriyyət uzaq olsun!
Bəşəriyyətin, zəngi səslənsin, səs olsun!
Çünki, Kimsə gəlib, bu bəşəriyyəti, xilas etməyəcək!
Bəşərin, özü xilas olmaq istəməsə, onu Kim xilas edəcəkdir, bir də, “nələrdən”, xilas
edəcəkdir ki?...
Bəşəriyyəti, öz, Bəşəriliyi, İnsanlığı, xilas edəcəkdir!
28.07.2015
***
Bə'zən...
Bə'zən danışmaq, bə'zən susmaq, bə'zən heç danışmamaq!
28.07.2015
***
Nəyi bilər, nəyi bilmərik?
Nəyin, “Necə”- Yarandığını, bilmərik...
Nəyin, “Niyə” - Yarandığını da, bilmərik?...
Onda biz, nələri bilərik?
29.07.2015
***
Cavanlıq, Qocalıq...
Heç qürrələnmə ey cavan!
“Qoca” dediyin, öndə gedir, sən də, onun ardıncan addımlayırsan.
Vaxt gələr sən də, o qocanın yerini tutarsan.
Onda o gənclik də elə, sənə qoca deyər, o gənclık də, sənin ardıncan irəliləyər.
Həyat budur! Özü Qocalmaz, Qocalığı olmaz!
Həyata gələnlər, “qoca” adıyla, həyatdan gedər!
Vaxt gələr, sən də deyərsən ki, “Kaş ki!
Kaş ki... o gənclik günlərim, bir də olaydı...”.
Budur həyat, gənclik elə bilər ki, həmişə belə qalacaqdır!
Xalq arasında, belə bir deyim də, var ki, “ağıl yaşda deyil, başdadır”, yə'ni bu fikri
Təhlil etdikdə, mə'na e'tibarı ilə, biri-birinə çox yaxın və biri-birini tamamlayan bir