Page 69 - Vahid Rzayev
P. 69

67




                  ***
                  Xəyali xətlər

                  İki nöqtə arasında xətt, xəyalidir - deyirlər!
                  Xəyali olan xəttin özü də, bir həqiqətdir.

                  Gözlə görə bilmədiyimiz, “yox”-deyil.

                  O, həqiqət arasında, özü bir həqiqətdir.
                  Gözlə  görünə  bilməyəni,  “xəyali”-deyib,  gizlədirik!  Onları  müxtəlif  yanaşmalarla
                  göstərmək, həqiqətin necə olduğunu göstərmək demək olardı.

                  Kainat  sübuta  ehtiyacı  olmayan,  bir  sübutdur!  Ölüm-həyat,  həyat-ölüm,  sübuta
                  ehtiyacı olmayan bir sübutdur.
                  Onun sübutu “yoxdur”-deyən, sübutsuzluğu, sübutla necə gətirə bilər?

                  Nəyin-nədən, nəyin-necədən törəməsi, sübuta ehtiyacı olmayan bir sübutdur!
                  Törədici olmadan, törəyən olmaz. Bu sübuta ehtiyacı olmayan bir sübutdur!

                  Ətrafımızda nə görürüksə, sübuta ehtiyacı olmayan bir sübutdur.

                  Kainat Sahibinin, Yaradıcılıq Xüsusiyyətinin Sübuta ehtiytacı olmayan bir, sübutdur!
                  Necə ki, gecənin-gündüzə, gündüzün-gecəyə sübuta ehtiyacı olmaya bir sübut kimi!

                  Həqiqətin necə və nədən başladığını, nədən nə qədərdə olduğunu deyə bilmədikcə ona
                  niyə “xəyali”-deyək?
                  “Xəyali”- qəşəng, pafoslu sözdən, o yana deyil!

                  Həqiqəti necə xəyal etmək olar?
                  “Xəyali” - “O”- nun necə olduğunu, gizlətməkdir!

                  25.07.2015
                  ***

                  Nəhayətsizlik?
                  Düz xətt sonsuz qədərində uzana bilmir, onun sınma nöqtəsi olur! O sınma nöqtəsi,
                  nəhayət nöqtəsi olur!

                  Çünki  Kainat  miqyasında,  ölçülərə  baxıldıqda  nəhayətsizliklər  kimi  görünə  bilir.
                  Amma hər bir nəhayətsizliyin, bir nəhayəti var ki, Ovalın, Ellipsoidin də, öz nəhayəti
                  vardlr!
                  Sonsuzluq, bir xətt kimi uzana bilməz, onun dönmə, sinma nöqtəsindən onun geriyə
                  xətti var!

                  Kainat  belə  qurulub,  Kainatdan  belə  qurulub  hər  bir  hal,  hər  bir  quruluş  sonsuz
                  qədərində ola bilməz!
   64   65   66   67   68   69   70   71   72   73   74