Page 66 - Vahid Rzayev
P. 66
64
O vəzlər sistemi iki hədli fəaliyyət göstərir.
Bir halda stabilləşdirir, bir halda isə transformasiya (bir yerə toplama) funksiyasını
yerinə yetirir!
Hər bir qida növü, o qida paylarından hissə-hissə vəzlərdə ehtiyata yığılıb saxlanılır.
Ac qaldıqda, həmin vəzlərin özündə transformasiya olunmuş, qədərdən pay-pay
vücuda ayrılmalar edir!
Düzgündür ki, biz kişilər qadın orqanizmimim bir mərhələsindən bir o qədər də, hali
deyilik. Qadın vücudunun bir mərhələsində, dünyaya övlad bəxş edəcəyi ərəfədə,
deyərlər ki, “gəlin yerikləyir”-bu termin qadınlar arasında, deyilər (xanımlar
bağışlasınlar).
O ərəfədə bədəndə nə proses baş verir ki, qadınlar arasında bu söz işlənilir?
O ərəfədə qadın vücudu daxilində, hansısa sahə Dölə kömək üçün, bir qida növünün
bədəndə az olduğunu “çağırıb”-bildirir. O, qida payını, hissəsini verdikdə, bədən
sakitləşir!
Ümumi halda son dövrlərdə kəskin bel ağrıları məişətdə işlədilən yağlardan asılıdır.
Müxtəlıf yağ birləşmələri, müxtəlif tip “qarışıqlar”, adənən bel vəz sistemində
toplanır. Lazımsız yağ tərkibi bədən daxilində hərəkətdə olmasın deyə, vəzlər o acını
toplayıb özündə saxlayır, o isə nəticədə ağrı ilə müşayət olunur.
22.07.2015
***
Dərdlər...
Dərd nə tələsir, nə axtarır! Dərdləri insanın özü axtarır, özü tapır!
Dərd nə axtarır, nə tələsir, insandan özü qaçır!
İnsan isə özü axtarıb, özü onu tapır!
Hamını ittiham edir, o dərdi ittiham edə bilmir, çünki özünü ittiham etmək istəmir
Dərd, həmişə pıçıldayır, “Məni Daşımağa, heç kimin gücü çarmır!”.
Dərd insandan həmişə uzaqlaşır, insandan qaçır, insan özü onu axtarır, özü onu tapır!
Onda hər şey yaddan çıxır, dərdlə insan arasında mübarizə, dartılar başlanır!
Daha dərd qaçmaq, uzaqlaşmaq istəyir, insan onu tutub zorla, özündə saxlamaq
istətir!
Sonda insan deyir, “Bu nə dərddir dərdə düşmüşəm?
Dərdimin dərdinə düşmüşəm?
Öz dərdimlə, öz dərdimə düşmüşəm?”.
22.07.2015