Page 70 - Vahid Rzayev
P. 70
68
Nəhayətlə başlananın, nəhayət qanunu var!
Nöqtə istinaddır, bütün məvhumlar nöqtə istinadından başlanan dönəndir, qayıdandır.
Üfiqi, Şaquli bir istinaddır, başlanğıcdır. Üfiqi, Şaquli uzanlb özünə dönəndir. Son
görünən, ilk başlanğıca dönəndir.
Xətt sonsuz qədərində, uzana bilməz. Uzanmış olsa idi əgər, sınma nöqtəsində itər,
yox olar!
25.07.2015
***
Candan, can
Bu nə candır ki, candan can ayrılar?
Bu nə vücuddur ki, vücuddan vücud ayrılar?
Bala başı ağrıyar o an, ana başı ağrımaz.
Bala dişi ağrıyar o an, ana dişi ağrımaz!
Ana ayağı ağrıyar o an, bala ayağı ağrımaz.
Ana qolları yorular, bala qolları yorulmaz!
Hansı candan can ayrılar, hansı vücuddan vücud ayrllar?
Kainatdan can gələr, Kainata can qayıdar!
İşıqdan Ayrılar, Zərrədə can gələr, can olar!
Yer aləmindən ayrılar, İşıq payı ilə yerdən can ayrılar!
Hecə candan can ayrılar, necə gövdədən gövdə ayrılar?
Hecə ağacdan budaq ayrılar, necə budaqdan meyvə ayrılar? Nədən nə ayrılar?
Hər biri, bir təkdir, ayrılan o təkdir!
“O”-təkə ayrılan can da təkdir!
25.07.2015
***
Absurd bir fikir eşitdim, “Elmin sərkərdəsi!”.
Elmin sərkərdəsi yox, elmin əskəri olmaq olar!
Çünki, elmin özü bir sərkərdədir!
Elmin araşdırıcıları, “o elmin” - əskərləridir!
25.07.2015
***
Nənələrdən, babalardan qalma