Page 502 - Vahid Rzayev
P. 502
500
atılmaqla, keçməklə, bir fəsildən, başqa bir fəsilə keçməklə, “işığımıza, istimizə,
qovuşaq”, deyərək, onları bayram şənlikləri kimi, yad edərdilər.
Çarşənbələr, ərəfələrin, Yer üzünün bayramıdır ki, bizlər bu Yer halını yad edərik,
onu bir bayram kimi, icra edərik, Kainatları unutmarıq.
07.03.2017
***
Onlar, bir də, var olmağa, ayrılır...
Bütün varlıqlar, bir - birindən, ayrılır.
- törənib ayrılır,
- törədib ayrılır,
- törəmə ilə, ayrılır,
- törətməyə, ayrılır.
Amma ki, bir - birindən ayrılır.
Amma ki, ayrılıb da, yox da, olmurlar.
Bir - birindən də, uzaq da, olmurlar.
O, öz İlkinin ətrafında, olur.
“O” - ndan, uzaqlaşa bilmir, “O”-ndan uzaq, olmur.
Ayrılan - olduğu kimi olur, amma ki özü, olduğu kimi, olur.
Nə - nədən, ayrılmır ki?
Necə, ayrılmır ki?
Hər ayrılan da, özü də bir, törədici olur.
Çünki, o, yox olmur, onlar, yox ola bilməzlər.
Çünki o, İlkinin özü, əbədiykən, yox ola, bilməz.
Törənmiş - törədicidir, törəmə isə - törənəcəkdir.
Onlar, yox olub, yox ola da, bilməzlər.
Onlar ancaq, vardan - var ola, bilərlər!
09.03.2017
***
Möhtaclıq, Qanunu
Ətrafa, hallara diqqətlə baxdıqda, bütün hallar biri-birii ilə, bağlılıqdadırlar!