Page 505 - Vahid Rzayev
P. 505

503




                  09.03.2017

                  ***

                  Dəlisiyik...

                  Yə'ni ki, yaxşı söz ifadəsində, “dəlisiyik!”.
                  Biz, Yer Aləminin, dəlisiyik!

                  Biz, bu Yer Aləminin rənginə, səsinə, havasına, dadına, gözəlliyinə, alüdə olmuşuq,
                  sanki onun, “Dəlisiyik”.

                  Yer Aləminə, dəlicəsinə vurulmuşuq, onun, dəlisiyik!
                  Bilirik ki, bu Yer Aləmi bizə, müvəqqətidir!

                  O, müvəqqəti olanın, dəlisinə çevrilmişik, “dəlisiyik!”.
                  Müvəqqətiliyimizin, müvəqqəti olduğumuzun, dəlisiyik!

                  Sevginin, məhəbbətin, ümidin, inamın, dəlisiyik!

                  Qəribədir, biz Qəribəliklərin, dəlisinə çevrilmişik, dəlisiyik!
                  Bu gün, bunları istərik, sabah başqa cür istərik, bir anda dönüb, heç bir şey, istəmərik!

                  Amma, Yer Aləminə, dəlicəsinə bağlanarıq!
                  Elə zənn edərik ki, “hər şey, hər hal, bizimdir, mənimdir”.

                  Çünki, zənn etdiklərimizin, dəlisiyik!

                  Dəlicəsinə, mala-mülkə, əşyaya, bağlanarıq!
                  Sevgiyə, məhəbbətə, dəlicəsinə bağlanarıq!

                  Biz, Yer Aləmində olub, Yer Aləminin, dəlisiyik!
                  Qəribəyik!
                  Nəyi isə, sevərik!

                  Niyə?
                  Bilmərik!

                  Nəyi isə, sevmərik!

                  Onu, bilərik!
                  Nəyə isə, alüdə olarıq!

                  Niyə?
                  Bilmərik!
                  Elə bağlantılarımız, elə alüdəçiliklərimiz var ki, onlar bizi, məhf edər!
                  Elə alüdəçiliklərimiz var ki, onlar Yüksəldər, Yüksələrik!
   500   501   502   503   504   505   506   507   508   509   510