Page 508 - Vahid Rzayev
P. 508
506
Həmin Jakaranda, bilgi ağacı, Cənubi Amerika, Braziliya, Karib Dənizi hövzəsində, o
ərazidə daha çox bitir.
Həmin, Jakaranda ağacına çox sonralar isə, bir ad da, Qara Pui, adı verilibdir. (Eyni,
ona oxşar olan hal, bizim, Azərbaycan rəvayətində isə, Simurq quşu, qanadı arasında,
qaranlıq dünyadan, işıqlı dünyaya, Məlik Məmmədi uçurdub gətirdiyi kimi, belə bir
rəvayət da, nağıl da, vardır.
Başqa bir rəvayətimizdə isə, Cırtdan kimi qəhrəman olan, qaranlıq dünyanın sahibi
Divdən, həm özü, həm də dostlarını, İşığa tərəf gedərək, xilas etmişdir kimi, ibrətamiz
nağıllarımız olmuşdur. Cırtdanı isə, öz dostları arasında, ən balaca boy kimi təsvir
edərək, o nağılda o, xatırlanır ki, qəhrəmanlığa, xilas etməyə, boyun, bir o, qədər də,
əhəmiyyəti, yoxdur.
Yoxsa ki, bütün nağıllarımızda, bir çox nağıllarımızda, qəhrəman obraz kimi, Cırtdanı
çox böyük əndazəli, Divi isə, balaca, bacarıqsız, aciz kimi, təsvir etməyiblər.).
“Jakaranda, Qara Pui”, ağacı, mə'na e'tibarı ilə hər ikisi də, “bilgi ağacı”, kimi, ad
daşıyırlar.
Yə'ni ki, həmin ağacın mahiyyətində, belə bir anlayış gizlənir ki, “naməlum olan,
bilinməyənləri, qaranlıq olanları, gizliləri, sirli olanları, həmin Jakaranda ağacının,
altında, kölgəsində, çətri altına gələn, hər kəs, simvolik olaraq, İşıqlı aləmi, müxtılif
elmləri, naməlum olan halları, o, insana, açar, bildirər.
Çünki o, ağac, bilgi ağacıdır, bilməklərin ağacıdır, sirli örtülü olanları, o, açıb, o,
bildirər, ağacı kimi, ad daşıyır!
Latın Amerikasında, Afrikada, bir çox başqa ölkələrdə, məktəb, Univerisitet, Elmi
tədqiqat İnstitutları qarşısında, həmin, Jakaranda, bilgi ağacını, Qara Puini, əkirlər.
Onu, simvolik olaraq, amma ki, insanların diqqətini cəlb etməklə, “məktəbdə, elmdə
ancaq bilgilər alarsan, ancaq, bilmədiklərini, öyrənərsən, mənimsəyərsən” kimi, mə'na
daşıyır deyə, o, binalar qarşısında və müxtəlif yerlərdə, Jakaranda ağacını əkirlər,
becərirlər, qulluq edirlər.
Həmin Jakaranda ağacını, dekarativ ağac kimi, əksələr də, o, ağacı görən hər kəs,
anilikdə onun mə'na və mahiyyətini yad edir ki, “elm, bilgi və bilmək, həmin bu
Jakaranda ağacının altı, kölgəsi kimindir, o, səni qaldırar, öz qanadları arasında, səni,
İşıqlı elm aləminə aparar, səni bilgilərə, bilmədiklərin elmlərə, çatdırar”.
O, həmin ağacı, elm, bilgi, elmlərə sahib olmaqla, naməlumları, açmaq, bilmək
marağı kimi, öyrənmək marağı kimi, bir simvol kimi, bildirilir.
Həmin bu Jakaranda ağacını - İşıq kimi, bilmək kimi, bilgilərə sahib olmaq kimi,
xarakterizə etməklə yanaşı, bərabər, ikinci bir ad da, “Qara pui” - yə'ni ki, bilmək
istəmədiklərini, öyrənmək istəmədiklərini, elmləri mənimsəmək istəmədikdə isə,
qaranlıqlarda qalarsan kimi, xarakterizə olunaraq, xatırladılır, adlandırılır.