Page 507 - Vahid Rzayev
P. 507

505




                  Ola bilməz ki, olmasın, züm - zümə?
                  Züm - züməsiz də, olmaz bu aləm, bu həyat.

                  Kainatı dinləyirsən, musiqi səsində, səsdə, o, da züm - zümədə.
                  Haradan gəldi, nə vaxtdan oldu, bütün Aləmlərə, bir səsdə, bir musiqidə, bir də, züm -
                  zümədə?
                  O, Böyük Partlayışın səsi, o, andan yaddaş oldu, Kainatlara hər varlığa, hər kütləyə,
                  hər yaranacaq, canlıya.

                  O,  böyük  Partlayış  səsinin,  sönmə,  sakitləşmə  anı,  yaddaş  oldu  səslər  arasında,
                  “musiqi”, səsində, onun züm - züməsində.

                  Səslə, musiqi ilə, züm - zümə ilə, bəyan olunar Kainata, onun, hələ canlı olduğu, sağ
                  olduğu, var olduğu, bəyan olunar Kainata.
                  Məclislərdə, yığıncaqlarda, həyatda, aləmdə, ətrafda, yaxında - uzaqda, səs səslənər, o
                  musuqi səsləri səslənər!

                  Musiqinin səsi  sussa,  bütün səslər,  sussa,  onda  həyat susar, aləm  susar,  Kainatdakı
                  bütün hərəkətlər dayanar.
                  11.03.2017

                  ***


                  Bilgi ağacı, bilmək ağacı, “Jakaranda”...

                  Cənubi Amerika Hinduları arasında, çox qədim olan, bir rəvayət vardır.
                  Həmin, rəvayətə görə, bildirilir ki, “Cənubdan, qanadları gümüşü rəngli olan, parlaq
                  qanadlı, zərli Mitu, quşu, uçub gəldi.

                  Qanadlarının arasında özü ilə gətirdiyi, Ayın Qızı ilə birlikdə, orada bitən, Jakaranda
                  adlı, ağacın üstünə, yendilər.
                  Mitu quşu isə, həmin ağacın üstündən, uçub getdi.

                  Ayın  Qızı,  həmin  Jakaranda  ağacından,  yerə  yendi.  İnsanlar  isə,  onun  ətrafına
                  yığışdılar.
                  O,  Ayın  Qızı,  onlara,  orada  olan  insanlara,  xeyirlə  -  şər,  qaranlıqla  -  İşıq  haqda,
                  xeyirxaqlıqla  -  bədlik  arasında,  pisliklə  -  yaxşılıq  arasında,  bilmək,  öyrənməklə  -
                  bilgisizliyi, onların bilmədikləri, bir çox halların, bilgilərini verirdi.

                  Bir müddət keçdikdən sonra isə, həmin Mitu Quşu, bir də uçub, oraya gəldi.
                  Həmin  o,  Jakaranda  ağacının  altından,  Ayın  qızı  ilə  bərabər,  orada  olan  qəbilə
                  başçısının, Günəş Oğlunu da, Ayın qızı ilə birlikdə, hər ikisini, parlaq, zərli qanadları
                  arasına alıb, Amazonkaya tərəf, uçdu.

                  Onların hər ikisini, oraya, Anazonkaya tərəf, apardı”.
   502   503   504   505   506   507   508   509   510   511   512