Page 504 - Vahid Rzayev
P. 504

502




                  Bütün hallar mexanikalar, binalar, maşınlar hissələrə, möhtacdırlar!
                  Bu hallar,  Kainata möhtacdırlar,  Kainatda olan bütün  planetlər, bütün  Qalaktikalar,
                  bütün dayanmayan, tükənməyən hərəkətlər Kainaa möhtacdırlar!

                  Kainat isə, İlkə, O, İlk İşığa, Kainat Sahibi Mütləqinə Möhtacdırlar!
                  Bu  ilkdən  törəmiş,  başlamış  “Möhtaclıq  qanunu”,  Minnətsizlik,  Təmmənasızlıq
                  Qanunudur!
                  Kainat mexanikasında, heç bir Planet, birgə hərəkətdə, biri-burinə “Minnət”, vurmaz,
                  “Təmənnalı”, olmaz!

                  “Mən”, deməz, biri-burinə zor, güc Etməz!

                  Bir qeyd:
                  İndi  nədən  danışırıqsa,  elə  hesab  etməyək  ki,  ancaq  ikimiz  bildik  bu  danışığımızı,
                  daha heç kim bilmədi, eşitmədi!

                  Bu  yanlış  fikirdir  o  mə'nada  ki,  bu  an  bütün  Kainat  sistemi  bizim  danışığımızı,
                  “Eşidir, Dinləyir!”.
                  Bu səbəbdən insan, canlı varlığı Kainatdan qopa bilmir!

                  İnsan azad, müstəqil yox, “Mütləq”, Yaranışdır!
                  O, mə'nada ki, anatomik-bioloji varlığı, qüsursuz, mükəmməl, yaranışdır!

                  Amma bütün hallarda, ətrafına möhtac, varlıqdır!

                  Yatmağa  möhtac,  qidaya,  istiyə,  soyuğa  möhtac,  rəngə,  səsə,  təmasa,  duyğuya
                  (lamisə), tumara, ağrıya, həsrətə, nigarançılığa, ümid etməyə, möhtacdır!
                  Eyni vaxtda, gecəyə, gündüzə, Kainata son nəticədə, Yaradanına möhtacdır!

                  Bir düşüncələri, özü ilə, Özünündür!
                  O  düşüncələrinin  hesabına,  axtarır-tapır,  maraqlanır,  icad  edir,  qurur-quraşdırır,
                  mühakimə  edir,  yazığı  gəlir,  bə'zən  bağışlayır,  bə'zən  isə,  heç  bağışlamır  da,  iddia
                  edir, özündən razı qalır və s. və i.

                  Düz deyilir ki, insan həm Möhtac, həm Mütləq bir varlıqdır!
                  Nəyi necə düşündüsə, o düşüncəsini əsas bilir!

                  Çünki, insan varlığı, “Robot”, deyil ki, və knopka-düymələri də, yoxdur ki, Kainatdan
                  hansısa  düyməsini  sıxsınlar  ki,  “bunu et”,  hansısa  düyməsi  vasitəsi  ilə,  onun
                  hərəkətlərini “söndürsünlər”, ki, “bunu eləmə!”.

                  Amma səhflərimizdə, səhf əlamətləri aşkar olunur, bilinir!
                  Bu  səbəbdən,  hər  addımımız,  hər  baxışımız,  hər  nəfəsimiz,  hər  düşüncəmizə
                  cavabdehlik daşıyıcısıyıq!

                  Bu mə'nada düzgündür ki, insan ancaq, Düşüncələrində, Azad və Müstəqildir!
   499   500   501   502   503   504   505   506   507   508   509