Page 429 - Vahid Rzayev
P. 429

427




                  bitkilər niyə, yaşıllıqlar niyə,
                  isti niyə, soyuq niyə,

                  hava niyə, külək niyə,
                  qar niyə, yağış niyə və sairələri də, heç demədik ki, onlar niyə yarandılar?

                  Onlar da, soruşmazlarmı ki, “biz niyə yaranmışıq?”.

                  İşıqdan yarananlar, İşıq əhatəsindədirlər, İşığa bürəlidirlər, İşığa da, qayıtmalıdırlar!
                  İşıq sönməz, Zərrə tükənməz, yaranışlar dayanıb, son ola bilməz, onların hər biri, bir -
                  birini tamamlayacaqlar!

                  Bütün, bəşəriyyət düşünüb, “mən niyə yaranmışam?”, bütün bəşəriyyət, bizdən sonra
                  da, düşünəcək ki, “mən niyə yaranmışam?”.
                  İşıq niyə, Zərrə niyə, yaranış niyə?

                  Yaranışlar, yaranışsız ola bilməzdilər!
                  Yaranış üçün yarananlar, yenə də, yaranacaqlar!

                  11.10.2016

                  ***


                  Necə Yaratdı?...
                  Qaranlığa, İşıq Saldı, qaranlıqları, İşıqla Yardı!

                  Yardı ki, Yaranışları, Özü Yaratdı!

                  Biz istədikmi?
                  Yox!
                  Yaranışları İşıqla, Özü Yaratdı!

                  13.10.2016

                  ***

                  Ehh...

                  Hanı o gül ki, ləçəkləri də, sərkərdandır?

                  Hanı o gün ki, xatirəsi də, sərməstəndir?
                  13.10.2016

                  ***


                  Gül, ətri...
                  Gül, öz ləçəyi ilə, “özü - özündə” yanmasa, gülabı nəyə gərək?...
   424   425   426   427   428   429   430   431   432   433   434