Page 434 - Vahid Rzayev
P. 434
432
İşıq Zərrədən, Zərrə isə, İşıqdan, Kainatlar planetlərdən, planetlər isə hərəkətlərdən,
İnsan törəmək və törətməkdən, su havadan, hava sudan, doyub - doymuş olsa idilər,
onda, Kainatdakı bütün hallar, ardıcıllıqlar, hərəkətlər, “doyardılar” və
doyduqlarından da elə, onda dayanardılar!
Onda, bütün yaranış ardıcıllıqları, susar, yorulardı, ləngiyərdi, tükənərdi, dayanardı.
Kainatın da, İşığın da, Zərrənin də, sonu olardı.
Əgər ki, bunların əvvəli, yaranışın İlkin anları, “doymaq üçün” və “doydum”- la,
yekunlaşmış olsa idi, onda yaradıcı Varlıq, yaranışı bir an üçün, Yaradardı, o, anla da,
öz yaradıcılığından doyar, yaranışların da, yaranacaqların da, davam ardıcıllıqları da,
dayanardılar!
Bu, sadə səbəbdən, varlıq - varlıqdan doymaz, doymaqla, dayanmaz.
Hansı varlıq, hansı varlıqdan, doyar ki, hanı, doyur ki, doyar ki?...
Yaradıcı, yaratdıqlarından, yaranışdan, doyur ki, doyar ki?...
22.10.2016
***
Doqquz, bir də, doqquz...
Bir çox hallara, ardıcıllıqlara, bölmələrə, bölümlərə, diqqətlə baxdıqda, bunların hər
biri, ayrı - ayrılıqda, doqquz hal arasında, fəaliyyətdədirlər!
Günəş ətrafında hərəkətdə:
9 - planet,
sait həriflərin sayı, 9 - da, ədədlərin başlanğıc halı, 9 - da,
vurma cədvəli, 9 - sütunda, dünyaya bəxş olunacaq, övlad payı, 9 - aya.
və s. və i.
Axı, niyə doqquzda, niyə bütün başlanğıcların sayı, əvvəli, doqquzda?...
Çox maraqlı, sual çıxır ortata, axı niyə, doqquzda?...
Bir çox hallara, ardıcıllıqlara baxdıqda, doqquzluq Sistemini, nə azaltmaq, nə də ki,
artırmaq olur.
Yer kürəsinin özü də, bölünüb doqquza.
Meridian, Paralellər, Doqquzla.
Yə'ni ki, kürəmiz bölünüb doqquz arasına ki, dörd doqquzda, kürənin tamı, 36 - da,
(360°).
İnsanın, ürək döyüntüsü normada, 72 - 74 dəfə, ürək döyünər.
Ürək isə, 8,2 - 9 ritm, arasında döyünür, nə tez döyünər, nə də ki, gec döyünər.