Page 430 - Vahid Rzayev
P. 430
428
Gül, öz gülündə, öz “gülü” ilə birgə yanmasa, ətri nəyə gərək?...
14.10.2016
***
Zərim, zərlim...
Dünya Tufanına qədər də, Dünya Tufanından sonra da, bu ərazi, Azərbaycan, Ur
ərazisi, Azərlərin, İşıqlıların, Yer üzündə İlkinlərin, İşıq - Zər daşıyıcılarının, ərazisi
kimi, təmsil olunubdur, tanınıbdır.
Zərlərin, Azərlərin ərazisi dedikdə, bu ərazi, Yer üzündə, İlkinlərin ərazisi kimi,
xarakterizə olunurdu!
“Azər”, Ur ərazisinin sahibləri, İşıq daşıyıcıları, İşıq təmsilçiləri, mə'nası daşıyıb!
Bu Ərazidə, Ur ərazisində məskunlaşan ilk İnsanlar, “İlkinlər”, oturaq həyat
sürdüklərindən, bu ərazinin sahibləri, ərazi sahibləri idilər!
“Azər”, “Oğuz”, Yer üzünün, İlkin olan, İşıq daşıyıcıları, İşıq təmsilçiləri kimi, qəbul
edilib!
Bu səbəbdən, bir çox ad daşıyıcılıqları da, İşıqla əlaqədar, işığa bağlı olub!
Azərbaycan ərazisində ilkindən məskunlaşan insanların, ad daşıylcılıqları İşıqla bağlı
olduğundan, adlıqlarda, Ziya, Şüa, Zərli, Zərnişan, Zərovşan, Gün(əş), Nurlu və s.
kimi ad daşıyıcıları özünə məxsus, yer tutubdur.
Çox - çox sonralar, Azərlər arasından, sufilik məktəbi, mə'na və məntiq məktəbi
törəyib.
“Sufilik” də, saf, pak, təmiz düşüncə sahibləri kimi, İşığa - Kainata bağlı olanlar,
mə'nasını daşıyıb!
Azərbaycan ərazisindən, sufilik tə'limləri, yer üzünə, yayılıb!
Bu ərazinin, İşığa bağlı olduğu isə, Günəşlə, simvolizə edildiyindən, bir çox
mə'bədlərin giriş qapılarında, arxitektura şərtlərində, Günəş simvolu, əsəs aparıcı bir
element kimi işlədilib, yaddaşlaşarad, tarixləşibdir!
İlk mə'bədlər, Günəşi təmsil edərək, mə'bədin üst elementi, kümnəz, (kupol) tipli,
elementindən istifadə edilərək, hər mə'bəd, İşığı, İlkini, Kainatı təmsil edərək, İnşa
edilirdi!
Çox- çox sonralar, bir çox ərazilərdə, qitələrdə, ölkələrdə, “Azər şəhər”, “Azər
Vilayət”, adı ilə, şəhərlər, yaşayış əraziləri salınmağa, inşa edilməyə başlayıb!
Yə'ni, bu adlıq, yaşayış məskunlaşmasında, Azər adlığı, İşıq, İşıqlı şəhər, kimi
simvolizə edilirdi!