Page 426 - Vahid Rzayev
P. 426

424




                  Bir hal, bir xatirə...
                  Bizim, hər birimiz, yenib Yer aləminə gələrkən, bir xal, bir ad, bir fərd, bir xanəgah,
                  sirli bir işarədə, deyilikmi?

                  Tək - tək, fərd - fərd olub, yenib, gəlib, burada hər birimizin, özümüzə məxsus olan
                  səsimiz,  üz  cizgilərimiz,  xasiyyətimiz,  davranışlarımız  ilə,  özümüzə  məxsus,  sirli,
                  örtülü, gizli, işarələr əhatəsində, etdiklərimizlə, bu Yer aləmindən, ayrılmırıqmı?
                  Gəlişimiz, bir İşarə, bir xal, qayıdışımız da, bir xatirə, bir hal!

                  Bunlar, bu halların hər biri, yadımız - yaddaşımızda, qalmaqdan, ibarət deyilmi?

                  Hər birimizin, bu Yer aləmində, bir xalı, bir xatirəsi, bir İşarəsi, bir cizgisi olurr!
                  Hər kəs, öz xalçasını, o, kilimini, o, palazını, o, corabını, Yer həyatı müddətində, necə
                  “toxuyarsa”, elə o, işarələri ilə də, bu Yer üzündən, ayrılar!

                  26.09.2016

                  ***


                  Güc...
                  Güc, yaxşıdır yerində, işlədiləndə!

                  Yerində işlədilməyən Güc, özünə Yükdür!
                  01.10.2016

                  ***


                  İşığın Yaradıcılığı, Zərrələrin Varlığı...
                  Bütün başlanğıclara, bir səbəb, bir şərait, bir təkan, bir labüdlük, gərəkdir!

                  Əgər  ki,  bütün  başlanğıclara  bu  şərtlər,  labüdlük  şərtləri  yoxdursa,  Yaranışın,
                  yaranmağın da, mə'nası yoxdur!

                  İlkin olan İşıq, nədir və necədir?
                  İlkindən olan İşıq qədəri, sabitdir, dəyişməzdir, ləngiməzdir, yubanmazdır!

                  Onun, özündən ayrılan İşıq qədəri, o qədər böyük İşıq sür'ətinə malikdir ki, o, İşıq
                  tezliyini  ölçməyə,  müqayisə  etməyə,  heç  bir  qurğu  düzəldib,  onun  tezlik  sür'ətini
                  ölçmək mümkünsüzdür!

                  İşıq başlanğıcı və özü, temperatur daşıyıcısı olmadığından, o, İşıq Sahibi Mütləqinin,
                  Ətrafında temperatur hədləri, yarana bilmir.
                  Əgər, bu belədirsə, onda bütün temperatur hədləri və ardıcıllığı, necə yaranır, hansı
                  mexanizm bu hədləri yaradır?
   421   422   423   424   425   426   427   428   429   430   431