Page 433 - Vahid Rzayev
P. 433
431
***
Heç biri, doymur ki...
Ətrafa baxırsan, hallara, hərəkətlərə, ardıcıllıqlara baxırsan, nə - nədən, doyur ki?...
Hanı, bunlar bir - birəndən, doyur ki?
Heç biri - heç birindən, doymur ki...
Gecə, gündüzdən, gündüz, gecədən, heç doyar ki...
Planetlər hərəkətlərdən, hərəkətlər, Planetlərdən, heç doyur ki...
İşıq Zərrədən, Zərrə - İşıqdan, heç doyur ki...
Həyat, ölümdən, ölüm, həyatdan, heç doyur ki...
Su havadan, hava - sudan, heç doyur ki...
Torpaq, sudan, su torpaqdan, heç doyur ki...
Quş, uçmaqdan, uçmaq, qanaddan, heç doyur ki...
Hərf hecadan, heca sözdən, söz cümlədən, heç doyur ki...
Hanı, doymur ki...
Gənclik, çılğınlığından, ahıllaşan, yaşlaşmış insan, keçmiş, gənclik xatirələrindən, heç
doyur ki...
Məhəbbət sevgidən, sevgi məhəbbətdən, iki birlik, biri- birindən, heç doyur ki, hanı,
doymur ki...
İsti, soyuqdan, soyuq - istidən, heç doyur ki...
İnsan, yeməkdən, sudan, qidadan, səsdən, rəngdən, hərəkətdən, yaraşıqdan,
düşünməkdən, maraqdan, bilməkdən, öyrənməkdən, deyib - danışmaqdan, heç doyur
ki...
Hanı İnsan, nədən doyur ki, heç nədən, doymur ki...
Göz baxmaqdan, qulaq eşitməkdən, dil deməkdən, nəfəs - havadan, heç doyur ki?
hanı, heç doymur ki...
Bu ardıcıllıqları, davam etmək olardı, amma ki, bir sual çıxır ortaya, niyə ki, heç bir
hal, heç bir haldan, doyub, dayanıb, tükənmir, axı niyə ki?...
Səbəb nədir ki?
Bu halların, ilki nədir ki, onlar, biri- birindən, niyə doymurlar ki?...
Əgər ki, İşıq yaradıcılığından,
Yaradıcılıq isə, İşığından,