Page 266 - Vahid Rzayev
P. 266

264




                  ***

                  Aləmdir, həyatdır...

                  Bu həyatda, aləm axtarırıq.
                  Gördüyümüz aləmin özü, həyatın öz aləmi, deyilmi?

                  Hər Yer üzünə gələn, hər Yer üzündən gedən, bu Yer aləmindən, Yer həyatından, O,
                  Sahibi Mütləqin, İşıq Aləminə, qayıdan, deyilmi?
                  27.01.2016


                  ***

                  Onda bəşəriyyət, bu “cənnətdən” - o, “cənnətə”, köçmədə olardı...

                  Nə olaydı, bu Yer planeti, necə olaydı?
                  -  Bu,  Yer  planeti  elə  bir  yer  olaydı  ki,  mehribançılıq  başda,  rəhm  qəlbdə,
                  xeyirxahlıqlar addımlarda, sülh gözlərdə, sədaqət, bir - birinə uzanmış, əllərdə, olaydı.

                  Onda, nələr olardı?

                  -  Dillər  bal  olardı,  nəfəslər  rahat  olardı,  istirahətlər  isti  olardı,  baxışlar  məqsədsiz,
                  düşüncələr  mə'nalı  olardı,  sözlər  həqiqət  olardı,  onda  qaranlıqlar  az,  işıqlar  çox,
                  ruzilər, rəvan olardı.
                  Dərmanlar əvəzinə, ancaq içməli, sular olardı.

                  Daşlıqlar, səhralıqlar əvəzinə, yaşıllıqlar olardı.
                  Onda, bu bəşəriyyət, bütün bəşəriyyət, bu “cənnətdən”, o, “cənnətə”, köçmədə olardı.

                  Əzablar, sıxıntılar, kədərlər, insan varlığından, yox olardı.
                  Xöşbəxt yaranış, xöşbəxt bəşər, onda olardı.

                  Şərtində, bu idi, “cənnət”, belə idi, “cənnət”.

                  Onda insan, bəşəriyyət, “ölüm” - adından, heç qorxmazdı, heç vahilənməzdi də ...
                  28.01.2016
                  ***

                  Pulun xasiyyətidir!

                  Yüksəlir-yüksəlir,  qalxır-qalxır,  çoxalır-çoxalır,  oradan  bir  də,  üzü üstə  düşür  yerə
                  yerlə bərabər olur.
                  Ona görə də, pul hammının olur, amma heç kimin olmur!
                  Çünki “onun”, xasiyyəti, xassəsi pisdir!
                  Pul çox adamda ola bilər, amma heç kiminlə danışmır.
                  Pul Xamelion kimidir, o qədər sifəti var ki, öz “sifəti” - yoxdur!
   261   262   263   264   265   266   267   268   269   270   271