Page 261 - Vahid Rzayev
P. 261

259




                  Ümumiyyətcə bütün canlı orqanizmlər Üç mütləq İşıq “üçbucağı”, əhatəsində olurlar.
                  Yə'ni Yer kürəsinin Nüvəsi ilə, Günəşin nüvəsi arasında, Kainatın İşıq - İstilik həddi
                  arasında olurlar.
                  İnsan  başqa  Qalaktikalara  qalxıb  getsə  də,  başqa  Qalaktikalarda  olsa  da,  bu  üç,
                  prizmatik İşıq birliyindən, uzaqlaşa bilmirlər.

                  23.01.2016

                  ***


                  İşıq - İsti...
                  Bütün varlıqlarda, bütün kütlələrdə, bütün gördüklərimizdə, bütün İnsanlarda, bütün
                  canlılarda, bütün hərəkətlərdə, onların arasında, “Sevda”, axtararıq.

                  Yadımızdan, yaddaşımızdan, varlığımızdan, qarşılaşdığımızdan, sevdanı, axtararıq.
                  Nədir ki, bu sevda?

                  Sevda  dediyimiz,  ilkdən  Kainatlardan  başlayan,  bir  İşıq,  bir  də  İstidir  ki,  bütün
                  varlıqlar onları axtararlar, onlara da, möhtac olarlar.

                  Sevgi ayrıdır, Sevda ayrıdır.
                  Bütün aləmlər, Qalaktikalar bir İşıq, bir də, İsidən yarandılar.

                  Ona görə də, bütün varlıqlar, bir İşıqdan, bir də, İstidən qopa bilmirlər.
                  Çünki, qaranlıqda bir də, soyuqda, darıxardıq.

                  23.01.2016

                  ***


                  Canlıda olan mə'də, o canlıya, ürək qədərində, vacibdir...
                  Canlının var olması üçün, Qan, bir də, Ürək vacibdir.

                  Qan, Ürəkdən keçər, bütün vücudda hərəkət edər.
                  Canlının var olması üçün, mə'də, o canlıya, Ürək qədərində, vacibdir.

                  Bütün qida növləri, bütün qida çeşidləri, o qidalar, mə'dədən keçər, vücudun bütün
                  hüceyrələrini, işlək edər.

                  Vücutdakı bütün üzvlərin işlək olması, bir ürəklə, bir də, mə'də ilə, bağlı olar.
                  Qida - bütün hüceyrələri, bütün vəzləri, güclü edər, qüvvətli, hərəkətli edər.

                  Ürək isə - qan birliyində, bütün vücutun, öz - özlüyünü, olan bədəni o cana, o canı isə,
                  o bədənə, bağlı edər.
                  Bu canlıda, ürəklə, bir də, qan arasında, Ruhi İşıq, ruhi işıq payımız, dayanar.
   256   257   258   259   260   261   262   263   264   265   266