Page 259 - Vahid Rzayev
P. 259
257
Bütün hallara baxıb, müşahidə etdikdə, qəribə - qəribə hallar arasında olduğumuzu
görürük amma, bir o qədər də, onlara əhəmiyyət vermirik.
Yer kürəsinin “iş prinsipinin”, bölümlər arası, dörd hədlidir.
Sübh, Gündüz, Axşam, bir də, Gecə.
Niyə bunlar dörd həddə bölünüblər ki?
Biz insanlar, bu hədləri bölüb - bölüşdürüb, onları biz, nizamlamışıq?
Qətiyyən yox!
Bunlar, bizim gücümüzün, təfəkkürümüzün nəticəsində belə bir ardıcıllığa uyğun
olaraq, fəaliyyətdə deyillər.
Bütün başlanğıclar, bir İşıqdan, bir də, İstidən başlanırlar.
Bəs, nə baş verir?
Günəşlə, onun İşığı ilə, başlayır günümüz.
Yuxarıda deyilən dörd həddən, birinə baxaq.
Gecə, adətən insan, canlı yatıb, mürgüləyir.
Diqqətlə fikir verdikdə, bu hal, gecə saat 11-12 arasında başlayıb, insan əsnəməyə
başladıqca, mürgüləyir, yatır.
Yataq dəsti, yorğan-döşək, yastıq xatirinə yatırıq?
Qətiyyən yox!
Onda niyə gecənin bu ərəfəsində, vücutlar sakitləşir, vücutlar yorğunlaşır, vücutlar
mürgüləyir?
Məsələ bundadır ki, gün ərzində, Günəş Yer kürəsinin bir yarımkürəsində olmaqla,
Qurşaqlara görə, tədricən o biri yarımkürəni işıqlandırmağa keçir.
Yer kürəsi, Günəş ətrafında hərəkət sür'ətinə görə, bu hal baş verir.
Yə'ni ki, Günəş Yer kürəsini, qurşaqları tədricən, mərhələ - mərhələ, İşıqlandırır.
Əgər kəskin olaraq, Günəş bir yarımkürədən, o biri yarımkürəyə sür'ətlə keçsə idi,
onda Günəş işıq şüaları ilə, Yer səthinə toxunma, sınma momentində, bərabərləşən
istilik hədləri, nizamdan çıxardı, nizamsızlıqlar, özbaşınalıqlar, xaos başlayardı.
Bu səbəbdən, nizamlar, ardıcıllıqlar pozulmur, pozula bilmir.
Gün ərzində, bir yarımkürə, (Nüvəyə görə), çox aktiv, işıq - istilik yayır.
Gecə Nüvə, gün ərzində sərf etdiyi işıq - istiyik qədərini nizamlamağa başladığından,
bədən, vücutlarda, kütlələrdə temperatur hədləri, Nüvə temperaturuna uyğun olaraq 8
-10°C - “Dmt”- temperaturuna uyğun olaraq, nizamlanırlar. (bax, “Kainat, təbiyyət,
bəşəriyyət” yazı məqaləsinə).