Page 264 - Vahid Rzayev
P. 264

262




                  Dəmir Filizi - maddələrin İtməməsi qanununa, tabe olaraq, bir haldan, başqa bir hala
                  keçərkən, yüksək dərəcəli istidə əriyir də, qaynayır da, zindanda döyülüb uzanır da,
                  burulur da, əyilir də, kəsilib, qısaldılır da.
                  Ağac - maddələrin itməməsi qanununa tabe olaraq, bir haldan, başqa bir hala keçərək,
                  yonulur da, kəsilir də, qazılır da, əyilir də, yonulub, yonqarlanıb da, yanır da, sınır da.

                  Daş  -  maddələrin  itməməsi  qanununa  tabe  olaraq,  kəsilir  də,  yonulur  da,  sınır  da,
                  yüklərə dözür də, formalara, tabe, olur da.
                  Neft, Qaz, Torf - yanır da, buxarlanır da, e'mala tabe olur da, bir haldan, başqa bir
                  hala keçib, istiliyə çevrilir də və. s. və. i.

                  Bir, İnsandır ki, bu termik hallara, e'mallara tabe olmur, bir haldan, göz qabağında,
                  başqa formaya, keçmir.

                  Qəribədir, bu İnsan.
                  Quruluşunu, formasını, tərtibatını, görkəmini dəyişməyən, bir İnsandır.

                  İnsanda, törədicilik qabiliyyəti var.
                  İnsanlar arasında, kişi - qadın, yenə də, sabit İnsan törəyir.

                  İnsan ancaq, özünə bənzər, eyni olan, törəmə - törədə bilir.
                  İnsan  -  yüksək  istiyə,  soyuğa  dözməyən,  aclığa  tab  gətirməyən,  əyilməyən,
                  gərilməyən  (mexaniki  tə'sirlərə,  materiallar  müqaviməti,  metallar,  ağaclar  kimi),
                  buxarlanmayan,  mexaniki  tə'sirlərlə,  burulmayan,  döyülməklə  (termik),  forma
                  almayan, formasını, görkəmini, rəngini, irqini dəyişməyən, bir İnsandır.

                  Əgər  ki,  elə  bir  tə'sirlər  olarsa,  o,  tə'sirlər  qarşısında,  İnsan  ancaq,  ölə  bilir,  amma
                  İnsani formasını, dəyişmir.

                  Qəribədir bu insan, maraqlıdır bu insan.
                  Qida ilə qidalanan İnsan, vücudunda maddələr mübadiləsi nəticəsinda, təbii ehtiyaca,
                  məcburdur, amma özü dönüb, dəyişməyən, bu, İnsandır.

                  Qəribədir, bu İnsan, sirlidir bu, İnsan.
                  Bir çox, suallar çıxır ortaya.

                  Bütün  kütlələr,  bütün  varlıqlar,  bütün  görkəmlər,  bütün  quruluşlar  dəyişə  bildiyi
                  halda, niyə dəyişmir, sabit qalır, bu İnsan?
                  Səbəb nədir, niyə formasını, görkəmini, quruluşunu, dəyişməzdir, bu İnsan?

                  Bütün varlıqlar yaranıbsa, İnsan da, o yaranmışlardan biridirsə, niyə bütün formalar,
                  quruluşlar, kütlələr, cisimlər dəyişərkən, niyə dəyişməyəndir, sabitdir, bir bu İnsan?

                  Onda, nədir bu İnsan, onda niyədir, bu İnsan?
                  Qəribədir, bu İnsan.
   259   260   261   262   263   264   265   266   267   268   269