Page 265 - Vahid Rzayev
P. 265

263




                  Bütün varlıqlar arasında, bir İnsandır ki, formasını dəyişməz, görkəmini, itirməzdir,
                  bu İnsan.
                  Bütün,  formalar,  maddələr,  materiallar,  hətəkətlər,  sür'ətlər,  istilər,  soyuqlar,  bir  -
                  birindən ayrılıb, qopduqda, uzaqlaşdıqda, yeni, başda bir forma və hala, keçə bilirlər.

                  Ona  görə  də,  bir  insandır  ki,  “ölümlü  olmuş  olsa  da  belə”, haldan  -  hala  keçməz,
                  formadan - formaya, görkəmdən - görkəmə, keçməz.
                  Budur, İnsan.

                  Mütləq olan, İnsan.

                  Canlılar arasında, qəribədir, İnsan.
                  Yer üzündə, bir İnsanın, özündən başqa, oxşarı, bənzəri, təkrarı, əvəzedicisi, özündən
                  başqa, İnsandan başqa, törəməsi yoxdur, (yə'ni, təsnifatlara ayrıla bilmir).

                  İşıq  payı,  ondan  ayrıldısa  (Ruh,  Ruhi),  formasını,  görkəmuni,  rəngini,  quruluşunu,
                  dəyişməyəndir, İnsan.
                  Yer  aləmində  olub,  formadan  -  formaya,  görkəmdən  -  görkəmə,  materiyadan  -
                  materiyaya, maddədən - maddəyə, rəngdən - rəngə, keçməz bu, İnsan.

                  25.01.2016

                  ***


                  İşıq...
                  “O,  İşığa”  -  təsvirlə,  təsəvvürlə,  bənzətmə  ilə,  uyğunlaşdırma  ilə,  sığmaq  olmaz,
                  çatmaq olmaz, qovuşmaq olmaz.

                  Aləmlərin  İşığına  yüksəlmək,  sığınmaq,  çatmaq,  o,  İşığın,  özündə,  əhatəsində,
                  ətrafında olmaq, yaxınında olmaq gərək.
                  Necə?
                  O, “necəni”, düşünmək gərək, fikirləşmək gərək, bilmək gərək!

                  27.01.2016

                  ***


                  Məhəbbət...
                  “Məhəbbət dua” - sında, müəmmalı məhəbbət “duası” ilə, məhəbbət olmur.

                  Məhəbbətin - dili, özü, düşüncəsi, gözləri, həsrəti, məhəbbətli, olur.

                  “Sifarişlə”, olan məhəbbət, kağıza “dua”, yazdırılan məhəbbət, daha məhəbbət olmur.
                  O daha, məşəqqətli olur, qaranlıq arasında, daha da, qaranlıqda, olur.

                  27.01.2016
   260   261   262   263   264   265   266   267   268   269   270