Page 262 - Vahid Rzayev
P. 262
260
Çünki, o İşıq payı, arada var ki, o canlarla birlikdə, bir bədən var, bir də ki, o, can var.
O, Ruhi İşıq, o, İşıq payı, bədəni tərk etdisə, daha bu aləmdən qopduq, o biri aləmdə,
bir, Əbədiyyət aləmində, varıq.
Qida isə - canı, Yerə bağlar.
Yerlə bağlar, Yerdən bağlar.
O, dörd dada:
- acıya,
- şirinə,
- turş,
- şora, bağlar.
O qidalar bədənimizi, bir istiyə, bir də, soyuğa bağlar.
Canı - bədənə, bədəni isə o, cana bağlar.
Çox ağır vəziyyətdə, bir müddət su içmədən də, bir müddət qida ilə qidalanmadan da,
(ekstrimal vəziyyətlərdə), məcburiyyət hallarında, yaşamaq, ötürmək mümkün olar.
Amma ki, vücutu, bədəni tərk etmiş, o, Ruhi işıq, o işıq payı, bir anlığa, bədəndə
olmasa, onda o bədən, bir də, o, can, Əbədiyyətlik olar.
Dörd varlıq, birlikdə olar:
- can,
- bədən,
- bir ruhi işıq,
- bir də o, ruhi İşıqdan, o işığın payı, onlar, canı - canla, candan - canı Yerlə, bu canla,
bu Yeri Kainatla, bizi Əbədiyyətdə edər.
24.01.2016
***
İkili, birlik...
Bir, Ata - Ana birliyində...
Ata - gücdür, qüvvətdir, hərəkət dinamikası, çeviklik, istiyə - soyuğa davamlılıq,
dözüm ayırar da, bəxş edər də.
Ana - qidalandırar, hüceyrələrin, bədən formasının, maddələrin bölünməsini,
həssaslıq, zəriflik, gözəllik, plastika (amma, Elastika yox), bəxş edər.
24.01.2016
***