Page 267 - Vahid Rzayev
P. 267
265
Çünki hamının əlindən çıxır, heç kimin əlində qalmır!
Çünki, xasiyyəti, xassəsi, xarakteri pisdir!
Spirt kimidir, rəngi görünmür, amma yıxır, sürüyür, danışdırır, “özü” - danışmır.
28.01.2016
***
Həyat...
Həyat?...
Həyatın özü, bir müəllimdir, bu həyatın özünə isə, “müəllimlik” - etmək olmur.
Bu Yer həyatında, ancaq balaca, kiçik bir şagird olmaq, olur.
Bu Yer həyatında, ancaq, olan halları, öyrənmək, olur.
Bu Həyatın özünə isə, “müəllimlik” - etmək, olmur.
Bu Yer həyatını, özümüzə uyğun edib, özümüzə, “tabe” - elətdirmək, olmur.
Bu Yer həyatının öz qanunları, öz tələb şərtləri ilə, öz tələbləri, vardır.
Deyirlər, həyat şirindir.
Biz o, şirinlə, o, mütləq olan İşığın, ali “dərslərini” - öyrənə - öyrənə, hələ də,
öyrənirik.
Müəllimi, özü olmayan bu, “həyat məktəbi”, kimə gərək, nəyə gərək, olardı ki?...
29.01.2016
***
Nişanla, nişanımız...
Nişanla - nişandır, nişanımız,
İşıq, Nişanı ilə - nişandır, nişanımız.
Qaranlıq, Uzaqda - İşıqdır, öz nişanımız.
İşıqdan, İşıqla olandır - nişanımız.
Qədər demə, Qədərlər içərisində - bir qədər də, vardır, qədərimiz.
Qismət demə, qismət içərisində - bir qismət də, vardır, qismətimiz.
Ömür demə, ömür içərisində - bir ömür də vardır, ömrümüz.
Ölüm demə, ölüm içərisindən - bir dirilmə də, vardır, dirilməyimiz.
29.01.2016
***
Yaşatmaq...