Page 271 - Vahid Rzayev
P. 271

269




                  ***

                  Axtarmaq...

                  Kimdəsə, “nəyi isə”, “nələri isə”, axtarmağa nə var ki.
                  Dön, “özündə özünü axtar” ki,  gör ki, ə var ki?...

                  Gör ki, səndə, özündə, nə yoxdur ki?...
                  02.02.2016


                  ***

                  Bir qəribə, bir də, mütləqdir insan...

                  Yer üzündə, bütün insanlar, bir çox halların əhatəsindədirlər.
                  Amma, o hallara, bir o qədər də, əhəmiyyət vermirlər.

                  Bir o qədər də, əhəmiyyət vermirik ki, niyə körpə uşaqlar, yatıb yuxuya getməsi üçün,
                  mütləq nənni, beşik, köməyi ilə yuxlamalıdırlar?

                  Orada  da,  o  nənnidə,  o  beşikdə,  rahatçılıq  tapıb  yatmayanda,  ana  qucağında,  ana
                  ayaqlarında, yürgələnərək yatmalıdırlar?
                  Ata ayağında yox, Baba ayağında yox.

                  Ana, Nənə ayağında daha tez və daha rahat yatarlar?
                  Niyə?
                  Körpə uşağın, yadı -  yaddaşına görə, hələ ana varlığında, hələ də, ana bağlılığında
                  özünü onla birlikdə hiss etdiyindən, ana ayağında o an, ana istisini hiss edərək, rahat
                  yuxuya gedib, rahat yatarlar.

                  Rahatçılığını,  ana  istisi  ilə  bilirsə  əgər,  o  körpəni  nənnidə,  beşikdə,  ayaqda
                  “yürgələməyin”, nə əhəmiyyəti var?
                  Körpə uşaqlar, yürgələnməsələr, rahat yata bilmirlər, heç yatmırlar da.

                  Nədir səbəb?

                  Yer Aləmində, o körpə uşaqlar, iki hala bağlıdırlar.
                  Bir halda, Ana nəvazişi, Ana istisinə, bir halda isə “yürgələnərək”, Yer Aləmində, Yer
                  kürəsinin, Günəş ətrafında, hərəkət sür'ətinə, olan və olacaq, bütün hərəkət sür'ətlərə,
                  uyğunlaşmağa çalışarlar.

                  Çünki onlar,  “vaxtsız-zamansızlıqdan”,  Yer  üzünə  gəldiklərindən,  yer  üzündə,
                  hərəkətlər  sür'ətlərində,  yer  üzü  Meridian  və  En  dairələri  bölmələrinə,  bir  saat
                  mayatniki kimi, uyğunlaşmağa çalışırlar.

                  O  körpələr,  Yer  üzündə  bütün  körpələr,  dörd  yaşınacan,  yürgələnərək  yatmağı
                  istəyərlər.
   266   267   268   269   270   271   272   273   274   275   276