Page 273 - Vahid Rzayev
P. 273

271




                  Əgər Kainatda, vaxt-zaman, hökm sürürsə, deməli Tanrı, Yaradan, Allahı çağırışımız
                  da, “O” na olan, xitabımız da, məcburi olaraq, vaxta - zamana sığmalı, olacaqdır.
                  Əgər,  bu  gün,  bu  an,  indiki  anda,  Tanrını,  Yaradanı,  Allahı  çağırmış  olsaq  ki,  “ay
                  Allah kömək elə, ay Allah, çox Şükür” - onda bu, çağırışımız “O” na, yüz min ildən
                  sonra, gedib, çatacaqsa,  onda,  “O”-  nu,  niyə  çağırıb,  niyə  “O”-  nu, narahat,
                  etməliymişəm ki?

                  Çağırışım, əgər yüz min ildən sonra, ya eşidilər ya da ki, eşidilməz, arasında, (çünki,
                  heç 150 - yüz il, yaşamaq mümkünsüz olduğu halda), qalacaqdırsa, daha, “O”- nu,
                  çağırışımın nə əhəmiyyəti, qalardı ki?
                  Hər  çağırışımız,  hər  nidamız,  hər  istəyimiz,  hər  düşüncəmiz,  hər  gileyimiz,  hər
                  narahatçılığımız, hər həsrətimiz, bir anda, “O”- na çatar, “O”- na, bəyan Olar.

                  “O”, və bütün Kainat, vaxtsız - zamansızlıqda olduğundan, hər çağırışımız, vaxtsız -
                  zamansızlıqdan, “O”- na, yetər.

                  Bu,  çox  sadə  səbəbdən,  bu  qənaətə,  gəlmək  olur  ki,  hər  nə  baş  verirsə,  vaxtsız  -
                  zamansızlıqda, bir anda, baş verir.
                  Ölüm, bir anda, baş verir.

                  Daş, bir anda, yüksəklikdən sərbəst olaraq, aşağıya düşür.
                  Sevinc - bir anda, baş verir.

                  Şad xəbər - bir anda, baş verir.
                  Sür'ət və dayanma - bir anda, baş verir.

                  Sevgi, məhəbbət - bir anda.

                  Nifrət - lə'nət, bir anda.
                  İnam - şübhə də, bir anda.

                  Həqiqət - yalan da, bir anda...
                  Çünki, bunların hamısı bir anda olur.

                  Vaxtsız - Zamansızlıqdadır, elə, anın özü də.
                  Kainatın, Sahibi Mütləqi, “O”, İşıqda olan, o, İşıq Sahibi, “vaxta - zamana”, sığmaz.

                  Əbədiyyət, vaxta - zamana, sığmaz.

                  Hansı, “vaxtdan -zamandan”, Yer üzünə gəldik?
                  Bilmirik!
                  Hansı, “vaxta - zamanda”, Yer üzündən, əbədiyyətə qayıdacağıq?

                  Onu da, Bilmirik!
                  Çünki, vaxtsız - zamansızlıqdan, gəlmişik ki, vaxtlara - zamana, sığmarıq.
   268   269   270   271   272   273   274   275   276   277   278