Page 278 - Vahid Rzayev
P. 278
276
Zaman yox,
Sükut yox,
Sükunət yox!
Birgə hərəkətdə kütlələr,
Rənglərlə, örtülmüşlər!”.
Qovuşasan İşıqla, Əbədiyyətin Özünə!
Budur Əbədiyyət, belədir Əbədiyyət!
Nədir Əbədiyyət?
Budur Əbədiyyət, Belədir Əbədiyyət...
04.02.2016
***
Doqquzluq da, böyük bir ədədi sistemdir
Quruluş formasında olan “9”, Butanın, Spiralın forma - konstruksiyasıdır.
Yə'ni, cəmi - cəmin birliyində, bir də, özü - özündə yekunlaşdırma, tamamlama
anlayışıdır.
Necə ki, vurma cədvəlinin sonuncu, 9 - cu sütunu, bütün ədədləri bir cəm topluma
toplayıb, onları bir də, yerbə - yer etməklə, ədədləri riyazi cəmdə, özünü göstərə bilir.
Qaldı ki, niyə o “simvolu”, 9- adlandırıblar?
Belə bir ehtimalla yanaşsaq (ancaq ehtimal), qəribə bir hal yaranır.
“Doqüuz”- bir yerə toplama, birlik qurma, sədd, müdafiə səddi quraraq, irəliyə getmə,
bütün riyazi halları, bir cəmə toplama, vurma, çıxma, bölmə funksiyasını, özündə
təzahür etdirmə, gücündədir.
Çünki, çox qədim dövrdə, Azərbaycan və uzaq şərqdə “Qo”- adlı masa üstü, iki
rəngli, ağ və qara daşlarla, zəka oyunu mövcud idi.
Amma çox maraqlı və düşündürücü hal ondadır ki, 9 - ədədi və quruluşunu, ədədlər
arasında və Günəş - İşıq, buta, spiral, Qalaktikanın quruluşu formasında olması ilə,
Kainat sistemində, onun mühüm “böyüklüyünü”, yaddaşlardan silmək üçün, həmin
“doqquzluq”-simvolunu əksinə, tərsinə (bilərəkdən) çevirərək, ona “66”- adı verməklə
o, “şeytani, uğursuzluq, cin - şeytan rəqəmidir”, deyə - deyə, yaddaşları karıxdırmağa,
milyon illər bundan əvvəl baş verib?
Əgər həqiqətən də, bu “66”, şeytanidirsə, onda şeytanın, ədədlər arasında “nə işi”,
var?
Varsa əgər, niyə ədədlər arasında, ancaq “9”, ədədi simvolunu, əksinə çevirəndir?
Bu da, bir ehtimaldır!