Page 282 - Vahid Rzayev
P. 282
280
Yer kürəsi də, İşıq - Günəş ətrafında dövr edər. İşığa, İstiyə möhtaclığından dövr edər.
Yer kürəsinin, öz Nüvəsi də, İşıqla.
Nə İşıqsız, nə İstisizdir ki?
İşıqsız, İstisiz nə var ki?
İşıq olmasa, İsti olmaz, isti olmasa, nə olar ki?
İsti olmasa, nə Yaranar, nə Hasilə gələr ki?
Yaz gəlməsə, hava bir də torpağın özü İstinməsə, nə hasilə gələr, nə əldə edilər ki?...
Gör ki, nələrdən asılı, daha nələrə, möhtacıq ki...
Əgər bacarırsansa, çıxart canından, o, çox əziz bildiyin öz canından, uzaq et,
uzaqlaşdır, o, canından, bir İşığı, bir də o, İstini.
Yer kürəsindən, bir də Günəşdən, bir də, bütün varlıqlardan, bir də, bütün canlardan,
necə uzaq edə bilərsən, bir İşığı, bir də ki, o, İstini?...
12.02.2016
***
O, İşığa, möhtacıq...
Bütün Varlıqlar, İşıq əhatəsində, İşıq arasında, İşıq bağlılığında, İşığın yayılma
tezliyində, İşığa möhtacdırlar.
Bütün varlıqlar, “O”, İşığın həsrətindədirlər!
İlkimiz İşıq, sonumuz İşıqladır, O, İşığadır!
13.02.2016
***
İşıqla, İsti ilə, şirinlə, deyilmi?
İnsan, canlı, bütün kütlə, cisim, varlıqlar, İstiyə möhtacdırlar.
Qidalar arasında, bə'zi, qidalar da, istilik nəticəsində hasil olunur.
Bütün bəşəriyyət, bütün insanlar, bütün canlılar, bütün bitki örtüyü, İstiyə
möhtacdırlar.
Yer kürəsinin, iki qütbü belə, İstiyə möhtacdırlar.
Çay, kofe, kakao - isti ilə, yemək çeşidləri də - hazırlanar, İsti ilə.
Çimərik - İsti su ilə,
Yatarkən - yorğanla bürələnərik, İsti üçün,
Soyuq, qış mövsümündə - geyinərik, bürələnərik, İsti üçün.